Tozcuqlar

 Tozcuqlar

Mükəmməl paketlənmiş genlərdir

Əvvəlcə tozcuqlar çiçəklərin erkək çoxalma orqanlarında çoxalır, ordan da çiçəyin xarici hissəsinə doğru hərəkət edirlər. Bura çatdıqdan sonra da yetişməyə başlayırlar və sonrakı nəsil üçün döllənməyə hazır vəziyyətə gəlirlər. Bu tozcuğun həyatındakı ilk pillədir. Tozcuğun quruluşuna nəzər salaq. Tozcuq gözlə görülməyəcək qədər kiçik bir mikroorqanizimdir (Qayın ağacının tozcuğu 2, qabağın tozcuğu isə 200 mikron böyüklüyündədir) (1 mikron = 1/1000mm). İçində böyük gövdəli bir hüceyrə (vegetativ hüceyrə) ilə iki sperma hüceyrəsi (generativ hüceyrə) yerləşir. Tozcuq bir növ qutuya bənzəyir.


Tozcuğun içində bitkinin çoxalma hüceyrələri var. Bu hüceyrələrin çoxu xarici təsirlərdən zərər görməmək üçün çox yaxşı şəkildə gizlənməlidirlər. Bu səbəbdən qutunun quruluşu son dərəcə sağlamdır. Qutunun ətrafı sporoderm adlandırılan qabıqla əhatələnmişdir. Bu qabığın xarici hissəsində yerləşən və “ekzin” adlandırılan təbəqə, üzvi aləmin ən dayanıqlı maddəsidir və kimyəvi quruluşu hələ də tam olaraq aydınlaşdırılmamışdır. Bu maddə ümumiyyətlə turşuların və fermentlərin təsirlərinə qarşı çox dözümlüdür. Eyni zamanda yüksək istilik və təzyiqdən də təsirlənmir.


 

Xarici görünüşcə hamısı bir-birindən fərqli olan tozcuqlar, daxildə bitkilərin çoxalmaları üçün vacib olan hüceyrələrin saxlandığı, son dərəcə sağlam, millimetrin mində biri böyüklüyündə olan qutulardır.

Göründüyü kimi bitkilərin yaşamaları üçün tozcuqların varlıqları zəruridir. Buna görə də tozcuqların qorunmaları üçün çox detallı tədbirlər alınmışdır; tozcuqlar sanki xüsusi olaraq paketləniblər. Bunun sayəsində tozcuqlar hansı metodla hərəkət edirlərsə etsinlər, ana gövdələrindən kilometlərlə uzaqlıqda belə həyatlarını davam etdirə bilirlər. Tozcuqların çox sağlam bir maddə ilə əhatələnmiş olması, bununla yanaşı sayca çox olmaları da o bitkinin çoxalmasını zəmanət altına alır. Tozcuqdakı bu detallı quruluşdan da göründüyü kimi Allah yaratdığı hər şeydə bizə bənzərsiz sənətini göstərir və bunların üzərində düşünməyimizi istəyir.

 

Buna Qurandakı bir cox ayədə diqqət çəkilmişdir:

Yer üzündə bir-birinə yaxın (müxtəlif iqlimli) torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır. (Rad surəsi, 4)

Tozcuqlar dölləyəcəkləri çiçəklərə iki fərqli yolla çata bilirlər: Mayalanma işinin ilk mərhələsi olan daşınma - tozcuqların arı, kəpənək, ya da hər hansısa bir böcəyin bədəninə yapışıb özlərini daşıtdırmaları - və ya külək vasitəsilə.

Küləyə qarşı  yelkən açan tozcuqlar

Yer üzündəki bir çox bitki, növünü davam etdirmək üçün tozcuqlarını külək vasitəsiylə ətrafa yayır. Açıq toxumlu bitkilərdən bir çoxu, şam ağacları, palma və buna bənzər  ağaclar, eləcə də çiçək verən bütün toxumlu bitkilərlə çəmən otlarınının hamısı küləklərlə döllənir. Külək, çiçək tozlarını bitkilərdən götürüb, eyni növdən olan digər bitkilərə daşıyaraq döllənməni reallaşdırır. Külək vasitəsilə baş verən döllənmə əməliyyatında hələ də elm adamlarının açıqlamaqda çətinlik çəkdikləri bir çox məqam və cavabı tapılmayan suallar var. Məsələn, küləklə yayılan minlərlə tozcuq növündən hər biri öz növünə aid olan bitkinin çiçəyini necə tanıyır? Bitkidən atılan tozcuqlar heç bir yerə ilişmədən necə olur ki, bu bitkinin dişilik orqanlarına çatırlar? 

Döllənmə ehtimalının olduqca aşağı olmasına baxmayaraq necə olur ki, minlərlə bitki, üstəlik milyonlarla ildir bu yolla döllənirlər? Bu sualların cavabını verə bilmək üçün Cornell Universitetindən Karl J. Niklas və qrupu küləklə döllənən bitkiləri araşdırmışlar. Tapdıqları nəticələr son dərəcə heyrətamiz olmuşdur. Niklas və qrupu küləklə döllənən bitkilərin havadan bol miqdarda tozcuq tuta bilmələrini təmin edən aerodinamik çiçək quruluşlarının olduğunu kəşf etmişlər. Bitkilərdəki bu aerodinamik quruluş nədir? Necə təsiri var?

 

Bu sualların cavablarını verə bilmək üçün əvvəlcə “aerodinamik quruluş” tərifini açıqlamaq lazımdır. Havada hərəkət edən cisimlərə hava axınlarından qaynaqlanan bəzi qüvvələr təsir edir. Aerodinamik qüvvələr kimi adlandırılan bu qüvvələr sayəsində hərəkət etməyi bacaran cisimlər də “aerodinamik quruluşa sahib cisimlər” olaraq adlandırılırlar. Küləklə tozlanma sistemindən istifadə edən bəzi bitkilər bu aerodinamik quruluşu çox məharətli şəkildə istifadə edirlər. Bu barədə ən gözəl nümunə şam qozalarının quruluşunda görünür.

Bitkilər hər çoxalma dövrlərində havaya milyonlarla tozcuq buraxırlar. Tozcuqların sayca bu qədər çox olmasının səbəbi hər hansı bir təsir nəticəsində meydana gələcək təhlükələrə qarşı bitkini qorumaq və onun törəməsini zəmanət altına almaqdır.


Aerodinamik qozalar

 

Karl Niklas və qrupunun küləklə tozlanmağı araşdırmalarına səbəb olan suallardan bəlkə də ən əsası, “necə olur ki, havada bu qədər çox növdə tozcuq gəzdiyi halda, bir bitki növünün tozcuqları başqa bir bitki növü tərəfindən tutulmur və yalnız öz növündən olan digər bitkilərə çatdırılır?” olmuşdur. Bu sual elm adamlarını küləklə döllənən bitkiləri, xüsusilə də qozaları araşdırmağa yönəltmişdir.


Olduqca uzun ömürləri və yüksək boylarıyla tanınan qozalı ağaclarda, qozalar erkək və dişi strukturları əmələ gətirirlər. Erkək və dişi qozalar eyni ağacda olduğu kimi fərqli ağaclarda da olurlar. Qozalarda, tozcuqları daşıyan hava axınını özlərinə çəkəcək xüsusi hazırlanmış kanallar var. Tozcuqlar bu kanallar sayəsində çoxalma bölgələrinə  asanlıqla gəlirlər.

 

Qozalı ağaclar digər bitki növləri arasında ən maraqlı çoxalma sisteminə sahib olanlardan biridir. Yandakı şəkildə qozanın döllənmə mərhələləri görünür.

 

Dişi qozalar, erkək qozalara görə daha böyükdürlər və tək böyüyürlər. Dişi qozaların mərkəz oxları ətrafında çoxlu sayda yarpağa bənzəyən quruluşa sahib  “sporofil”lər var. Bunlar balıq puluna bənzəyən qabıq şəklindədirlər. Sporofillərin daxili səthlərində iki ədəd yumurta hüceyrə (yumurtanın əmələ gəldiyi qisim) olur. Qozalar tozlanmağa hazır olduqları zaman bu qabıqlar iki tərəfə doğru açılır. Bununla da erkək qozadan gələn tozcuqların daxilə girməsini təmin edir.

Aerodinamik qozalar

Bundan başqa tozcuqların asanlıqla qozaların içinə girməsini təmin edən xüsusi köməkçi quruluşlar da var. Məsələn, xarici qozaların pulcuqları yapışqan tüklərlə döşənmişdir. Bu tüklər sayəsində tozcuqlar mayalanma üçün asanlıqla içəri keçə bilirlər. Döllənəndən sonra dişi qozalar, içində çəyirdək olan odun kimi və dəriyəbənzər quruluşlara çevrilirlər. Daha sonra çəyirdəklər də uyğun şərtlərdə inkişaf edərək yeni bitkiləri meydana gətirirlər. Bundan başqa dişi qozaların çox təəccübləndirici bir xüsusiyyətləri daha var: Yumurtanın yarandığı qisim (ovul) qozanın mərkəzinə çox yaxındır. Bu da tozcuğun bu hissəyə çatması üçün çətinlik kimi görünür. Çünki qozanın iç qisimlərinə çatmaq üçün iç orbitə açılan xüsusi bir yoldan da keçməlidir.

 

Bu ilk baxışda qozaların mayalanmasında qeyri adilik kimi görsənsədə, aparılan araşdırmalar nəticəsində belə olmadığı aşkar olmuşdur. Qozalardakı bu xüsusi mayalanma sisteminin necə işlədiyini öyrənmək üçün model qoza hazırlanmış və sınaqdan keçirilmişdir. Helium doldurularaq hazırlanmış kiçik şarlar hava axınına buraxılaraq hərəkətləri izlənmişdir. Bu şarların hava axınını rahatlıqla izləyərək qozaların içindəki sıx olan dəhlizlərdən çətinlik çəkmədən keçmək xüsusiyyətinə sahib olduğu öyrənilmişdir. Daha sonra bu maket sınağında izlənən kiçik şarların hərəkətləri xüsusi fotoqraf cihazıyla görüntülənmişdir. Kompüter köməyiylə görüntülər analiz edilərək küləyin istiqaməti və sürəti də təsbit edilmişdir.


Kompüterdə əldə edilən nəticələrə görə qozaların küləyin xətti hərəkətini üç şəkildə dəyişdirdiyini göstərmişdir. İlk olaraq küləyin istiqaməti budaqlar və yarpaqlar vasitəsiylə mərkəzə doğru çevrilmişdir. Daha sonra bu bölgədəki külək burularaq yumurtanın yarandığı bölgəyə doğru istiqamətlənmişdir. Üçüncüsündə isə qozalar çıxıntıları sayəsində titrəməyə səbəb olaraq küləyi aşağıya doğru çevirib qabıqlara yönləndirmişdir.

 

Dişi Şam qozasının ətrafında yaradılan hava axını tozlanmada çox önəmli rol oynayır. İlk olaraq külək qozanın mərkəzinə yönəldilir:

                                a)  Mərkəzdə orbit ətrafında fırlandıqdan sonra pulcuqların üzərini fırçalayır.

 

 b) Hər pulcuğun üzərində hava, yumurta açıqlığına yaxın yerdən ani olaraq nizamsız bir şəkildə mayalanmağa başlayır və tozcuqlar bu bölgədə yığılır.

 

 c) Külək istiqamətinə paralel olaraq qozalarda hava aşağıya və pulcuqlara doğru göndərilir.

 

 d) Dişi qozaların ətrafındakı iynə yarpaqlar görünür.

 

Bu hərəkətlər sayəsində havada uçan tozcuqların əksəriyyəti hədəflərinə çatır. Burada diqqət edilməli cəhət odur ki, bir-birini tamamlayan üç mərhələ mütləq bir arada olmalıdır.


Qozalardakı dizaynın mükəmməlliyi bu nöqtədə ortaya çıxır. Təkamül nəzəriyyəsi bütün canlılarda olduğu kimi bitkilərdə də mərhələli olaraq, zaman içində inkişafın olduğunu iddia edir. Bitkilərdəki qüsursuz quruluşların olması təkamülçülərə görə təsadüflərdir. Bu iddianın keçərsizliyini görmək üçün sadəcə qozalardakı çoxalma sisteminin sahib olduğu qüsursuz quruluşu incələmək kifayətdir.

Aerodinamik qozalar

Çoxalma sistemi olmadan bir canlının nəslini davam etdirməsi mümkün deyil. Əlbəttə ki, bu, Şam ağacı və qozalar üçün də keçərlidir. Yəni qozalardakı çoxalma sistemi Şam ağacları ilk dəfə ortaya çıxdığı andan var olmalıdır. Qozalardakı bu mükəmməl quruluşun pilləli şəkildə müəyyən zaman ərzində yaranması imkansızdır. Çünki küləyi qozalara yönləndirən quruluşun, daha sonra bu küləyi kanala yönəldən başqa bir quruluşun və ən sonunda da yumurtanın olduğu hissəyə çatdıran kanalın hər biri qüsursuz şəkildə eyni anda ortaya çıxmalıdır. Bu üç quruluşdan biri olmasa, bu çoxalma sisteminin çalışması mümkün deyil. Qaldı ki, qozalardakı yumurta hüceyrəsinin və onu mayalayan sperma hüceyrələrinin özlüklərindən təsadüfən yarana bilmələrinin imkansızlığı da təkamül nəzəriyyəsi baxımından bambaşqa bir çıxmazdır.

 

Bir hissəsinin belə təsadüflərlə yaranması mümkün olmayan bu cür mükəmməl sistemin bütün hissələrinin eyni anda təsadüflərlə ortaya çıxması hətta imkansızlıqdan da kənar bir vəziyyətdir. Bu vəziyyət də təkamül nəzəriyyəsinin təsadüfən yarandığı iddialarını hər tərəfli keçərsiz edir. Dolayısı ilə bu çox açıq bir həqiqətdir ki, qozalar ilk ortaya çıxdıqları andan etibarən, əksiksiz bir şəkildə bu qüsursuz sistemlə birlikdə Allah tərəfindən yaradılmışlar. Şam ağaclarının tozcuqların tutulmasını tezləşdirən daha başqa xüsusiyyətləri də var. Məsələn, yumurta hüceyrələri ümumiyyətlə budaqların ucunda yaranır. Bu da tozcuqların itkisini ən aza salır. Bundan başqa Şam qozalarının ətrafındakı yarpaqlar, hava axınının sürətini azaldaraq qozalar üzərinə daha çox tozcuq düşməsinə kömək edirlər. Qozaların ətrafındakı yarpaqların simmetrik düzülüşü də hər hansı bir istiqamətdən gələn tozcuqların asanlıqla tutulmasına kömək edir.

 

Bütün tozcuqlarda olduğu kimi Şam tozcuqlarının da növlərə görə fərqli tərzləri, böyüklükləri və sıxlıqları var. Bu sayədə hər tozcuq hava axınından fərqli istiqamətdə təsirlənir. Məsələn, bir növün tozcuqları başqa bir növün qozalarının yaratdığı hava axınlarını izləməyəcək sıxılığa malikdir. Bu səbəblə qozaların yaratdığı axımın xaricinə çıxaraq torpağa düşürlər. Bütün qoza növləri öz növlərinin tozcuqlarına ən uyğun hava axımını yaradırlar. Qozaların bu xüsusiyyəti sadəcə tozcuqları tutmağa yaramır. Hava axınının meydana gətirdiyi bu süzgəc xüsusiyyətini bitkilər çox fərqli işlər üçün də istifadə edirlər. Məsələn, bu üsul sayəsində dişi qozalar, yumurta hüceyrələrinə zərər verə biləcək göbələk tozcuqlarının istiqamətini də dəyişdirə bilirlər.

 

Bitkilər tərəfindən havaya təsadüfi atılan tozcuqların öz növlərinə çatması üçün alınan tədbirlər sadəcə bunlardan ibarət deyil. Bitkinin tozcuqlarının ehtiyacdan çox daha artıq miqdarda istehsal edilməsi də tozlanma prosesini bir yerə qədər güvən altına alır. Müxtəlif səbəblərlə yarana biləcək tozcuq itkiləri bu sayədə bitkiyə təsir etmir. Məsələn, Şam ağaclarındakı hər bir erkək qozalar ildə 5 milyondan artıq tozcuq istehsal edərkən, sadəcə bir Şam ağacı ildə 12,5 milyar miqdarında tozcuq istehsal edir ki, digər canlıların çoxalma hüceyrələriylə qarşılaşdırıldıqda son dərəcə fövqəladə saydır.

 

Bununla birlikdə küləklə daşınan tozcuqların qarşısında daha çox əngəl var. Bunlardan biri də yarpaqlardır. Tozcuqlar havada uçmağa başladıqları anda, yarpaqlara ilişib qalmalarını əngəlləmək üçün bəzi bitkilərdə (fındıq, qoz və s.) çiçəklər yarpaqlardan tez açırlar. Bu səbəbdən tozlanma yarpaqların hələ də inkişaf etmədikləri bir zamanda həyata keçmiş olur.

 

Buğdakimilərdə və şamkimilərdə isə tozlanmanın asanlıqla gerçəkləşməsi üçün çiçəklər bitkinin uc hissələrdə yerləşir. Beləliklə yarpaqlar tozcuğun hərəkətinə maneə törətmirlər.

 

Qozalar da öz növlərinə görə müxtəlif sıxlıqlara və quruluşlara sahib olurlar. 

Alınan bu tədbirlərlə tozcuqlar olduqca uzaq məsafələrə qədər gedə bilirlər. Bu uzaqlıq bitkinin növünə görə dəyişir. Məsələn, üstlərində hava kisəcikləri olan tozcuqların qət edə biləcəkləri məsafə, digər növlərə görə daha artıq ola bilər. İki hava kisəsi daşıyan Şam tozcuqlarının yüksək hava axınları ilə 300 km-ə qədər uzağa gedə bilərlər. Bununla yanaşı əsl vacib olan cəhət havada uçan minlərlə müxtəlif tozcuqların bəzən kilometrlərlə uzaqlığa eyni küləklərlə daşınması və bir qarışıqlıq çıxmamasıdır.

Mayalanmanın daha sadə həyata keçməsi üçün Amerika mələz şamının qozalarında da yarpaqlar tozcuqların uçmasına mane olmayacaq şəkildə yerləşdirilmişdir.

TOZCUQLAR HƏDƏFƏ YÖNƏLİRLƏR

Külək yolu ilə mayalanan bitkilərin, bu heyrətamiz xüsusiyyətlərini daha yaxşı anlamaq üçün belə bir misalla müqayisə edə bilərik: raketlər hədəflərinə çatmaq üçün müəyyən bir marşrutu izləməlidirlər. Bu səbəbdən də raketin hər cür dizaynı, hədəfə çata bilməsini tənzimləyəcək şəkildə dəqiq hesablanmalıdır. Raketin xüsusiyyətləri, motor tutumu, uçuş sürəti kimi raket ilə əlaqədar və yağış, külək, sıxlıq kimi hava şərtləri ilə bağlı məsələlər detallı olaraq proqramlaşdırılmalıdır. Bundan başqa bölgənin quruluşu və mühit şərtləri də ən incə detalına qədər bilinməlidir. Əks halda raket marşrutun xaricinə çıxar və hədəfə çatmaz. Hədəfə yönələn raketin vəzifəsini müvəffəqiyyətlə tamamlaya bilməsi üçün bir çox mühəndis çox detallı düşünərək hərəkət etməlidir. Göründüyü kimi hədəfə yönəlmələrindəki müvəffəqiyyət qrupun dayanmadan işləməsinin, incə hesablamaların və istifadə olunan üstün texnologiyanın məhsulu olacaqdır. Qozalardakı qüsursuz çoxalma sistemlərində də raketlərin hədəfə yönəlmələrinə oxşar biçimdə hər şey çox incə planlanmış, son dərəcə həssas nizamlamalar edilmişdir.

Hava axınının istiqaməti, qozalardakı sıxlıq fərqləri, yarpaqların quruluşu kimi bir çox detal, xüsusi olaraq dizayn edilmiş və bitkilərin çoxalma planı bu məlumatlara görə qurulmuşdur. Bitkilərdəki bu detallı quruluşların varlığı, ağla yenə bu mexanizmlərin necə yarandığı sualını gətirəcəkdir. Bu suala yenə bir sualla cavab verək. Qozalardakı bu quruluş təsadüflərin əsəri ola bilərmi?

Raketlərdəki sistem uzun illər davam edən çalışmalar nəticəsində ağıl və bilgi sahibi, bu mövzuda mütəxəssisləşmiş mühəndislərin sıx çalışmaları ilə ortaya çıxmışdır. Bu mövzuda heç kimin şübhəsi yoxdur. Demək olar ki, raketlərlə eyni işləmə sisteminə sahib olan qozalardakı kompleks quruluşlar da eyni şəkildə xüsusi olaraq dizayn edilmişdir. Raketin təsadüfən yarandığını iddia etmək, təsadüfi bir marşrut tutduğunu demək nə dərəcə məntiqsiz bir iddia olacaqsa, oxşar şəkildə hədəfə yönəlmiş olaraq hərəkət edən tozcuqların mükəmməl hərəkətlərinin və qozalardakı detallı quruluşun da təsadüflərlə ortaya çıxmasını demək, eyni dərəcədə məntiqsiz bir iddia olar. Eyni şəkildə tozcuqların bu səfərdə, ayrı yolları tapa biləcək bacarığa və məlumata sahib olma ehtimalları da, əlbəttə ki, imkansızdır. Nəticə olaraq tozcuq, hüceyrələr birliyidir.

Daha da dərininə getsək şüursuz atomlardan əmələ gələn bir varlıqdır. Tozcuqda belə bir bacarığı ortaya çıxaracaq bir şüur axtarmaq mümkün deyildir. Qüsursuz bir qozanın belə detallı məlumatlarla dolu bir sistemi istifadə edərək mayalana bilməsi ancaq sonsuz elm və qüdrət sahibi olan Allahın mükəmməl yaratması ilə gerçəkləşir. Şam ağaclarının mayalanmasındakı başqa bir vacib cəhət də küləklərin nəzarəti altında olmasıdır. Küləklərin özlərinə verilən daşıma vəzifəsini qüsursuz bir şəkildə yerinə yetirmələri də heç şübhəsiz ki, yenə “Aləmlərin Rəbbi olan Allahın, göydən yerə hər işi idarə etməsi sayəsindədir”. Allah bu vəziyyəti bir ayəsində belə bildirir:

Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. (Belə olmasaydı,) siz onu yığıb saxlaya bilməzdiniz.  (Hicr surəsi, 22)

Yer üzündəki bütün bitki növləri istisnasız olaraq bu əməliyyatları həyata keçirirlər. Hər bir növ öz vəzifəsini yarandığı ilk andan etibarən bilir. Külək axınının köməyi ilə həyata keçən bu hadisə, müvəffəqiyyətə çatması olduqca çətin ehtimallara dayanmasına baxmayaraq, milyonlarla ildir heç bir problem olmadan davam edir. Göründüyü kimi hər şey çox yerli yerində və mükəmməl bir qayda ilə reallaşır. Çünki bu mexanizmlərin hər biri bir bütün olaraq və eyni zaman dilimində bir yerdə işləmək məcburiyyətindədir. Birinin əskikliyi və ya işləməməsi vəziyyətində bitkinin nəslinin tükənməsi qaçınılmazdır. Nə bir hissəsində, nə də hamısında özlərindən qaynaqlanan bir ağıl, iradə, ya da məlumat tapılmayan bu sistemlər, çox açıqdır ki, hamısını hər an nəzarəti altında saxlayan, hər şeyi ən incə detalıyla planlayan, sonsuz bir güc və ağıl sahibi olan Allahın əmri və yaratması ilə fəaliyyət  göstərir.

Canlı, cansız hər şeyin və hər hadisənin meydana gəlməsi Allahın hər an yaratması ilə gerçəkləşir. Allah bu sirri bir ayəsində insanlara belə bildirmişdir:

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.  (Talaq surəsi, 12)

Mövzuyla bağlı bir misal daha deyə bilərik: Hər detalının düşünülərək hazırlandığı, xətasız işləyən bir texnoloji alət, fabrik və ya bina gördüyümüzdə bunları planlayanın olduğundan heç bir şübhə duymarıq. Bütün bunların şüurlu insanlar tərəfindən hazırlandığını və hər mərhələsində mütləq nəzarət olduğunu da bilərik. Heç kim bunların zamanla öz-özünə yarandığını iddia edə bilməz.

Hər hansı işi görən insanın, ağlını və sənətini etdiyi işlər nisbətində təqdir edirik, hörmət edirik, ondan təriflə danışırıq. Məhz yer üzündəki bütün canlılar da çox həssas tarazlıqlara bağlı olaraq, hər detalı incə-incə planlanmış sistemlərlə birlikdə yaradılmışdır. Bunu başımızı çevirdiyimiz hər yerdə istisnasız görə bilərik. Bütün canlılar bizə özlərini yaradan Allahı tanıdırlar. Heç şübhəsiz ki, burada tərif edilməyə layiq olan, bütün canlıları sahib olduqları bacarıqlarla yaradan Allahdır. Yer üzündəki hər şey kimi bütün bitkilər də Allahın xüsusi olaraq yaratdığı sistemlər sayəsində varlıqlarını davam etdirirlər, yəni Onun nəzarətindədirlər:

Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir.  (Həcc surəsi, 64)

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.  (Ənam surəsi, 59)

Külək yolu ilə mayalanan bitkilərin, bu heyrətamiz xüsusiyyətlərini daha yaxşı anlamaq üçün belə bir misalla müqayisə edə bilərik: raketlər hədəflərinə çatmaq üçün müəyyən bir marşrutu izləməlidirlər. Bu səbəbdən də raketin hər cür dizaynı, hədəfə çata bilməsini tənzimləyəcək şəkildə dəqiq hesablanmalıdır. Raketin xüsusiyyətləri, motor tutumu, uçuş sürəti kimi raket ilə əlaqədar və yağış, külək, sıxlıq kimi hava şərtləri ilə bağlı məsələlər detallı olaraq proqramlaşdırılmalıdır. Bundan başqa bölgənin quruluşu və mühit şərtləri də ən incə detalına qədər bilinməlidir. Əks halda raket marşrutun xaricinə çıxar və hədəfə çatmaz. Hədəfə yönələn raketin vəzifəsini müvəffəqiyyətlə tamamlaya bilməsi üçün bir çox mühəndis çox detallı düşünərək hərəkət etməlidir. Göründüyü kimi hədəfə yönəlmələrindəki müvəffəqiyyət qrupun dayanmadan işləməsinin, incə hesablamaların və istifadə olunan üstün texnologiyanın məhsulu olacaqdır. Qozalardakı qüsursuz çoxalma sistemlərində də raketlərin hədəfə yönəlmələrinə oxşar biçimdə hər şey çox incə planlanmış, son dərəcə həssas nizamlamalar edilmişdir.

Hava axınının istiqaməti, qozalardakı sıxlıq fərqləri, yarpaqların quruluşu kimi bir çox detal, xüsusi olaraq dizayn edilmiş və bitkilərin çoxalma planı bu məlumatlara görə qurulmuşdur. Bitkilərdəki bu detallı quruluşların varlığı, ağla yenə bu mexanizmlərin necə yarandığı sualını gətirəcəkdir. Bu suala yenə bir sualla cavab verək. Qozalardakı bu quruluş təsadüflərin əsəri ola bilərmi?

Raketlərdəki sistem uzun illər davam edən çalışmalar nəticəsində ağıl və bilgi sahibi, bu mövzuda mütəxəssisləşmiş mühəndislərin sıx çalışmaları ilə ortaya çıxmışdır. Bu mövzuda heç kimin şübhəsi yoxdur. Demək olar ki, raketlərlə eyni işləmə sisteminə sahib olan qozalardakı kompleks quruluşlar da eyni şəkildə xüsusi olaraq dizayn edilmişdir. Raketin təsadüfən yarandığını iddia etmək, təsadüfi bir marşrut tutduğunu demək nə dərəcə məntiqsiz bir iddia olacaqsa, oxşar şəkildə hədəfə yönəlmiş olaraq hərəkət edən tozcuqların mükəmməl hərəkətlərinin və qozalardakı detallı quruluşun da təsadüflərlə ortaya çıxmasını demək, eyni dərəcədə məntiqsiz bir iddia olar. Eyni şəkildə tozcuqların bu səfərdə, ayrı yolları tapa biləcək bacarığa və məlumata sahib olma ehtimalları da, əlbəttə ki, imkansızdır. Nəticə olaraq tozcuq, hüceyrələr birliyidir.

Daha da dərininə getsək şüursuz atomlardan əmələ gələn bir varlıqdır. Tozcuqda belə bir bacarığı ortaya çıxaracaq bir şüur axtarmaq mümkün deyildir. Qüsursuz bir qozanın belə detallı məlumatlarla dolu bir sistemi istifadə edərək mayalana bilməsi ancaq sonsuz elm və qüdrət sahibi olan Allahın mükəmməl yaratması ilə gerçəkləşir. Şam ağaclarının mayalanmasındakı başqa bir vacib cəhət də küləklərin nəzarəti altında olmasıdır. Küləklərin özlərinə verilən daşıma vəzifəsini qüsursuz bir şəkildə yerinə yetirmələri də heç şübhəsiz ki, yenə “Aləmlərin Rəbbi olan Allahın, göydən yerə hər işi idarə etməsi sayəsindədir”. Allah bu vəziyyəti bir ayəsində belə bildirir:

Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. (Belə olmasaydı,) siz onu yığıb saxlaya bilməzdiniz.  (Hicr surəsi, 22)

Yer üzündəki bütün bitki növləri istisnasız olaraq bu əməliyyatları həyata keçirirlər. Hər bir növ öz vəzifəsini yarandığı ilk andan etibarən bilir. Külək axınının köməyi ilə həyata keçən bu hadisə, müvəffəqiyyətə çatması olduqca çətin ehtimallara dayanmasına baxmayaraq, milyonlarla ildir heç bir problem olmadan davam edir. Göründüyü kimi hər şey çox yerli yerində və mükəmməl bir qayda ilə reallaşır. Çünki bu mexanizmlərin hər biri bir bütün olaraq və eyni zaman dilimində bir yerdə işləmək məcburiyyətindədir. Birinin əskikliyi və ya işləməməsi vəziyyətində bitkinin nəslinin tükənməsi qaçınılmazdır. Nə bir hissəsində, nə də hamısında özlərindən qaynaqlanan bir ağıl, iradə, ya da məlumat tapılmayan bu sistemlər, çox açıqdır ki, hamısını hər an nəzarəti altında saxlayan, hər şeyi ən incə detalıyla planlayan, sonsuz bir güc və ağıl sahibi olan Allahın əmri və yaratması ilə fəaliyyət  göstərir.

Canlı, cansız hər şeyin və hər hadisənin meydana gəlməsi Allahın hər an yaratması ilə gerçəkləşir. Allah bu sirri bir ayəsində insanlara belə bildirmişdir:

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.  (Talaq surəsi, 12)

Mövzuyla bağlı bir misal daha deyə bilərik: Hər detalının düşünülərək hazırlandığı, xətasız işləyən bir texnoloji alət, fabrik və ya bina gördüyümüzdə bunları planlayanın olduğundan heç bir şübhə duymarıq. Bütün bunların şüurlu insanlar tərəfindən hazırlandığını və hər mərhələsində mütləq nəzarət olduğunu da bilərik. Heç kim bunların zamanla öz-özünə yarandığını iddia edə bilməz.

Hər hansı işi görən insanın, ağlını və sənətini etdiyi işlər nisbətində təqdir edirik, hörmət edirik, ondan təriflə danışırıq. Məhz yer üzündəki bütün canlılar da çox həssas tarazlıqlara bağlı olaraq, hər detalı incə-incə planlanmış sistemlərlə birlikdə yaradılmışdır. Bunu başımızı çevirdiyimiz hər yerdə istisnasız görə bilərik. Bütün canlılar bizə özlərini yaradan Allahı tanıdırlar. Heç şübhəsiz ki, burada tərif edilməyə layiq olan, bütün canlıları sahib olduqları bacarıqlarla yaradan Allahdır. Yer üzündəki hər şey kimi bütün bitkilər də Allahın xüsusi olaraq yaratdığı sistemlər sayəsində varlıqlarını davam etdirirlər, yəni Onun nəzarətindədirlər:

Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir.  (Həcc surəsi, 64)

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.  (Ənam surəsi, 59)

TOZCUQ DAŞIYICILARI İŞ BAŞINDA

 

Bəzi bitki növlərinin tozcuqlarını böcəklər, quşlar, arılar və kəpənəklər kimi heyvanlara daşıtdıraraq çoxaldıqlarından bəhs etmişdik. Tozcuqlarını heyvanlarla daşıtdıran bitkilərlə, bu daşımanı yerinə yetirən heyvanlar arasındakı münasibətlər izləyənləri heyrətə salır. Çünki bu canlılar qarşılıqlı alış-veriş həyata keçirmək üçün bir-birilərini cəzb edəcək və təsirləndirəcək üsullardan ustalıqla istifadə edirlər. Əvvəllər bitkilərin heyvanlarla olan münasibətlərdə çox rolunun olmadığı zənn edilirdi. Halbuki araşdırmalar bu qənaətə tam əks bir nəticə ortaya qoydu: Bitkilər heyvanlardakı davranış və hərəkətlərə birbaşa təsir edir.

  


 

Şəkillərdə görünən dəyişik növlərə aid böcəklər bitkilər üçün bir tozcuq daşıyıcısı kimi rol oynayırlar. Allah böcəklərlə çiçəkləri bir-birləriylə tam uyğun yaratmışdır. Məsələn, soldakı şəkildə görünən arının ayağında tozcuq daşıması üçün yaradılan xüsusi tüklərdən əmələ gələn bir səbət görünür.

 

Məsələn, bitkilərdəki rəng siqnalları quşlara və digər heyvanlara hansı meyvələrin yetişib yayılmağa hazır olduğunu xəbər verir. Çiçəklərin rənglə əlaqəli olan nektar miqdarları da dölləyənin çiçək üzərində daha uzun qalmasını təmin edərək mayalanma şansını artırır. Xüsusi çiçək qoxuları da mayalandırıcıları tam lazım olan vaxtda özünə çəkir. Bitkilər heyvanları cəzb etmədə çox aktiv rol oynayırlar. İstifadə etdikləri xüsusi strategiyalarla tozcuqlarını daşıyan heyvanları mükəmməl bir şəkildə yönləndirirlər. Bunlardan başqa bitkilər məqsədlərinə çata bilmək üçün bəzi vaxtlarda aldadıcı üsullardan istifadə edirlər. Tozlanmağı təmin edən heyvan bitkinin qurduğu tələyə düşür və beləliklə bitki hədəfinə çatır.

 

BİTKİLƏRİN İSTİFADƏ ETDİKLƏRİ ÜSULLAR

RƏNG, FORMA VƏ QOXU ƏLAQƏSİ

 

Tozcuq daşıyan heyvanlar üçün rənglər çiçəklərin nə qədər uzaqda olduğunu bəlli etməklə yanaşı, çiçəkdə nektar olub olmadığını da xəbər verirlər. Dölləyən böcəklər yaxınlığa gəldiyində çiçəkdə qoxu və forma kimi xəbərdaredici siqnallar meydana çıxır və böcəyə nektar bölgəsinə qədər yol göstərir. Çiçəklərdəki rəng müxtəlifliyi dölləyən böcəyi, nektarın olduğu mərkəzə yönəldir və döllənməni təmin edir. Bitkilər də sahib olduqları bu rənglərin rəhbərliyindən xəbərdardırlar. Hətta bu xüsusiyyəti son dərəcə şüurlu bir şəkildə istifadə edərək heyvanları aldadırlar. Bəzi bitkilər, böcəkləri özlərinə çəkə biləcək nektarları olmadığı halda nektar daşıyan çiçəklərin rəng xüsusiyyətlərinə sahibdirlər.


Ağdəniz iqlimində tapılan meşəlik bölgələrində birlikdə yaşayan Bənövşəyi Şam çiçəkləri arılar üçün cəzbedici nektar ifraz edərkən, Qırmızı Sefalanda bu xüsusiyyətlərə sahib deyil. Hər baxımdan bir-birindən fərqli olan bu iki bitkinin döllənməsini təmin edən isə yerli adı “yarpaq kəsən” olan yaban arılarıdır. Yarpaq kəsən arılar, Şam çiçəyinin döllənməsini təmin edən Qırmızı Sefalandanı da dölləmə ehtiyacı hiss edirlər. Nektarı olmadığı halda bir bitkini dölləyən arılar elm adamlarının marağını çəkmiş və bunun səbəbini araşdırmışlar.

 RƏNG, FORMA VƏ QOXU ƏLAQƏSİ

 

Bu sualın cavabı “spektrofotometr” adlandırılan bir alət ilə edilən araşdırmalar nəticəsində ortaya çıxmışdır. Buna görə çiçəklərin saçdığı işıqların dalğa uzunluqlarını yarpaq kəsən arıların seçə bilmədiyi ortaya çıxmışdır. Yəni insanlar Bənövşəyi Şam çiçəyi ilə Qırmızı Sefalandanın saçdığı işıqların dalğa uzunluqlarını ayırd edib, çiçəkləri ayrı rənglərdə görə bildikləri halda, yaban arıları bunu hiss etmirlər. Rəng, tozcuq yayanlar üçün vacib bir faktor olduğundan nektar ifraz edən Şam çiçəyinə gedən arı, onun yanında olan və eyni rəngdə gördüyü, ancaq nektarı olmayan Qırmızı Sefalanda orxideyasını da ziyarət edərək mayallanmasını təmin edir. Göründüyü kimi bu orxideya, Şam çiçəyi ilə olan “gizli oxşarlığı” sayəsində nəslini davam etdirir.


Bəzi bitki növləri isə çiçəklərinin rəngini dəyişdirərək tozcuğun vəziyətləri haqqında böcəkləri adətən xəbərdar edirlər. Bu mövzu ilə əlaqədar belə bir misal verə bilərik: Təbiətşünas elm adamı Fritz Müller bir məktubunda Brazilya meşələrində yetişən Lantana adlı bir bitkidən bəhs edirdi: Burada üç gündür rəng dəyişdirən bir Lantana çiçəyi var. İlk gün sarı, ikinci gün narıncı və üçüncü gün isə bənövşəyi olmuşdu. Müxtəlif kəpənəklər bu çiçəyi ziyarət edirdilər. Görə bildiyim qədər bənövşəyi çiçəklərə heç toxunmadılar. Bəzi böcəklər xortumlarını həm sarı, həm də narıncı çiçəklərə saldılar, digərləri isə birinci gün sadəcə sarı çiçəkləri ziyarət etdi. Mən bunun qəribə bir vəziyyət olduğunu düşünürəm. Əgər çiçəkdəki nektar ilk günün sonunda azalırsa çiçək çox az cəlb olunar, əgər rəngi dəyişməzsə kəpənəklər xortumlarını daha əvvəl mayallanmış çiçəklərə salaraq vaxt itirərdilər.


Müllerin də izlədiyi kimi çiçəyin rənginin dəyişməsi həm bitkinin, həm də mayallanan bitkinin xeyrinədir. Çiçəklərinin rəngi dəyişən bitkilər, çiçəkləri gənc olduğu zaman mayalayanlara bol miqdarda nektar təklif edirlər.

Lantana çiçəyi kimi               Çiçəklər yaşlandıqca sadəcə rənglərini dəyişdirmir,

bəzi çiçəklər, rənglərini        eyni zamanda daha az nektar saxlayırlar. Beləliklə,

dəyişdirərək böcəklərə         dölləyicilər nektarı olmayan və ya az miqdarda

nektar vəziyyətləri                 nektarı olan, bu səbəbdən də rəngi dəyişən

haqqında məlumat                 meyvəsiz bitkilərə getməyərək enerjilərinə qənaət

verə bilirlər.                             edirlər.

 

 

Nilüfərlər suyun üstündə açan çiçəklərindəki tozcuqlarını daşıtmaq üçün ağ rəngə həssas olan qınqanadlılardan istifadə edirlər. Nilüfərlərin döllənməsindəki qəribə cəhət odur ki, ağ rəng mayalandıqdan sonra çəhrayı rəngə çevrilir. Çiçəyin rənginin dəyişməsi qınqanadlılar üçün çiçəyin başqa bir böcək tərəfindən dölləndiyi və tozcuqlarının bitdiyi mənasına gəlir.

Bitki tərəfindən böcəkləri və ya quşları cəzb etmək məqsədiylə istifadə olunan üsullardan biri də çiçəklərin yaydıqları qoxulardır. Bizim xoşumuza gələn çiçək qoxuları, əslində böcəkləri cəzb etmək üçün ifraz edilir. Çiçəyin yaydığı qoxu da ətrafdakı böcəklər üçün yol göstərici rəhbər xüsusiyyətinə sahibdir. Qoxunu alan böcək bu qoxunun qaynağında özü üçün ləzzətli bir nektarın yığıldığını hiss edir. Böcək qarşılıqlı həyata keçən bu xəbərləşmə ilə duyduğu qoxunun mənbəyinə doğru yol alır. Çiçəyə çatdığı zaman nektarı almaq üçün çabalayacaq və tozcuqlar üzərinə yapışacaqdır. Eyni böcək qonduğu başqa bir çiçəyə daha öncə yapışan tozcuqları buraxacaq və bunun sayəsində bitkinin döllənməsi həyata keçəcək. Böcəyin yerinə yetirdiyi bu vacib işdən xəbəri belə yoxdur. Onun məqsədi yalnızca qoxusunu aldığı nektara çatmaqdır.

 BİTKİLƏRİN ALDADICI ÜSULLARI

 

Bəzi bitkilərin aldadıcı üsullardan istifadə etdiklərindən bəhs etmişdik. Bu bitki növləri böcəkləri cəzb edən nektara sahib deyillər. Bu cür bitkilər böcəklərə oxşarlıqlarından faydalanaraq mayalanırlar. Orxideya adlanan bitki növü (mirror orchid) arılara təsir etmək üçün dişi arının görüntüsünə və rənginə sahibdir. Hətta bu orxideya növü erkək arıları daha asan cəzb edə bilmək üçün ətrafa uyğun kimyəvi maddə yayaraq təsiredici bir feromon (xüsusi ifrazat) belə sintez edirlər. Kıbrıs Arı Orxideyası (Cyprus bee orchid) da mayalanma prosesinin həyata keçməsi üçün arı təqlidi edən başqa çiçəklərdən biridir. Bu üsuldan istifadə edən orxideyaların sayı olduqca çoxdur və istifadə etdikləri üsullar da bir-birindən fərqlidir. Bəzisi başı yuxarı qalxmış dişi arını təqlidini edərkən, bəzisinin də başı aşağıya doğru əyilmişdir. Məsələn, Sarı Arı Orxideyası ikinci üsuldan istifadə edir. Bunun səbəbi mayalanma şəkillərindəki fərqdədir.

                                   

Sağdakı şəkildə Kıbrıs Arı Orxideyası, solda isə bu orxideyanı dişi arı zənn etdiyi üçün mayalanmağa çalışan erkək arı şəklidir. Erkək arı orxideyanı mayalamaq üçün bir müddət çabalayır. Bu zaman arının başına orxideyanın çoxalma orqanındakı tozcuqlar yapışır. Arı daha sonra bu şəkildə digər orxideyalara qonaraq tozcuqları onlara bulaşdırır. Orxideyalarla arılar arasındakı təkamüllə heç cür izah olunmayan, hər detalı çox ətraflı şəkildə planlanmış bir uyğunluq var. Bu uyğunluq bizə yer üzündəki bütün varlıqlar kimi orxideyaların və arıların da Allah tərəfindən yaradıldığını göstərir.

 

Dişi arı təqlidi edən digər bir orxideya növü də Korsan Arı Orxideyasıdır. Bu orxideyalar dişi arıların xarici görünüşlərini o qədər mükəmməl təqlid edirlər ki, sadəcə erkək arılar bu orxideyalarla maraqlanır. Dişi arılar bu orxideyalarla heç maraqlanmırlar. Orxideya familyasının bəzi nümayəndələri isə arılara verəcək nektarları olmasa da arıları özlərinə çəkməyi bacarırlar. Yenə dişi arı təqlidi edib, cəlbedici qoxu ifraz edərək erkək yaban arısının çiçəyin alt hissəsində yerləşən qisminə qonmasına səbəb olurlar. Çiçəyə qonan yaban arısı cütləşməyə çalışır və nəticədə də bədəninə yapışan tozcuqları eyni məqsədlə qonduğu bir başqa orxideya çiçəyinə daşıyır.

 





Şəkillərdə sadəcə bir neçə nümunədə görünən arı təqlidi edən orxideyalar əslində sayca çoxdurlar. Maraqlı olan bu çiçəklərin hər birinin özünü başqa cinsdən arıya oxşatmasıdır. Belə qüsursuz bir oxşarlığın təsadüfən gerçəkləşdiyini iddia etmək əlbəttə ki, çox gülünc olar. Orxideyalar Allah tərəfindən bu xüsusiyyətlərə sahib olaraq yaradılmışdır.

 

BİTKİLƏRİN ALDADICI ÜSULLARI

Heyvanların dişilik xüsusiyyətini təqlid edən bir başqa bitki də Çəkic Orxideyasıdır. Cənubi Afrikanın quru otlaqlarında yetişən bu orxideyanın çoxalma mexanizmi çox maraqlıdır. Ürək formasında, sadəcə bir yarpağa sahib olan Çəkic Orxideyaları eynilə yaban arısının dişisinə bənzəyirlər. Bu yaban arılarının sadəcə erkəkləri uçur. Dişiləri qanadsız olub, zamanlarının çox hissəsini torpağın altında keçirirlər. Dişi yaban arıları cütləşmə vaxtı gəldiyi zaman, erkək arıların onları asanlıqla tapması üçün torpağın altından çıxaraq Çəkic Orxideyasına dırmaşırlar.

 

Orxideyaya çıxdıqları zaman cütləşmək üçün bir qoxu ifraz edir və erkək arının gəlməsini gözləyirlər. Erkək yaban arılarının maraqlı xüsusiyyəti isə orxideyalara dişi arılardan iki həftə əvvəl gəlmələridir. Bu çox maraqlı bir vəziyyətdir. Çünki hələ dişi yaban arıları yoxdur, amma dişi yaban arılarına eynilə bənzəyən və döllənməyi gözləyən orxideyalar var. Erkək yaban arıları orxideyaya gəldikləri zaman dişi arıların yaydığı qoxuya bənzər bir qoxu yayırlar. Bu qoxunun təsiri ilə erkək arılar orxideyanın yarpağına qonurlar.

 

Orxideya, yarpağının bir hissəsini hərəkət etdirərək arının öz çoxalma orqanına düşməsini tənzimləyir. Arı çiçəkdən çıxmağa çalışarkən tozcuqlardan ibarət iki kisəcik başının arxasına və belinə yapışır. Beləliklə, arı başqa orxideyalara qonduğu zaman belinə yapışan tozcuqlar digər orxideyanın döllənməsiylə nəticələnir. Göründüyü kimi Çəkic Orxideyası ilə arı arasında son dərəcə uyğun bir münasibət mövcuddur. Bu uyğunluq bitkilərin çoxalması üçün çox vacibdir. Çünki normal tozlanmanın olmaması, yəni böcəkdən gələn tozcuqların eyni növdə bitkiyə çatmaması nəticəsində döllənmə həyata keçməyəcək. Çəkic Orxideyası və yaban arıları arasındakı bu uyğunluğun təbiətdə bir çox nümunəsi var.

 

Bəzən bu uyğun münasibətin səbəbi çiçəklərin quruluşlarındakı fərqliliklər hesab olunur. Məsələn, bəzi çiçəklərin içinə girmək bəzi böcəklər üçün son dərəcə asandır. Çünki çiçəyin tozcuqlar olan hissəsi açıqdır, bu hissədən böcəklər və arılar asanlıqla girib tozcuqlara çata bilirlər. Bəzi bitkilərdə isə sadəcə müəyyən heyvanların girə biləcəyi böyüklükdə bir nektar girişi var. Məsələn, arılar bəzi vəziyyətlərdə çiçəkdəki nektara çatmaq üçün bu kanallardan özlərini içəri doğru itələyirlər. Halbuki arıların asanlıqla yerinə yetirdikləri bu proses başqa canlılar üçün çətin, hətta imkansızdır.

 



Yuxarıdakı şəkillərdə çiçəyi dişi yaban arısı zənn etdiyi üçün mayalanmağa çalışan erkək yaban arısı görünür. Bu aldanma son dərəcə təbiidir. Çünki Çəkic Orxideyaları dişi arıların sadəcə rəngini, şəklini və tüklərlə örtülü alt qismlərini təqlid etməklə kifayətlənmir, həmçinin dişi arıların ifraz etdikləri qoxunun da eynisini təqlid edirlər.

 

Normal çiçəklərdən daha uzun çiçək tacı çəlləklərinə sahib olan bitkilərdə isə ağız quruluşlarına görə arılar və bəzi böcəklər bu bitkiləri mayalaya bilmirlər. Sadəcə gecə kəpənəkləri və güvələr kimi uzun dilləri olan böcəklər, uzun çiçək tacı çəlləklərinə sahib olan bu çiçəkləri dölləyə bilirlər. Bütün misallarda da göründüyü kimi bəzi çiçəklərin quruluşlarına tamamilə uyğun bədən quruluşuna sahib olan böcəklərlə, bu çiçəklər arasında son dərəcə qüsursuz bir uyğunluq var. Açar qıfıl münasibəti şəklində olan bu uyğunluğun təkamülçülərin iddia etdikləri kimi təsadüflərlə meydana gəlməsini gözləmək, yenə təkamülçülərin müdafiə etdiyi təbii seçmə məntiqinə ziddir.

 

Çünki təkamülçülərin təbii seçmə iddialarına görə, ətrafa adaptasiya olunmayan bir canlı ya özündə yeni mexanizimlər əmələ gətirməli, ya da yavaş-yavaş yox olmalıdır. Bu vəziyyətdə təbii seçmə mexanizminə görə bu bitkilər xüsusi çiçək quruluşları səbəbiylə daşıyıcı böcəklər tərəfindən döllənməyəcəkləri üçün yox olacaqdır və ya çiçəklərinin formasını dəyişdirmək məcburiyyətində qalacaqdır. Yenə eyni şəkildə ağız quruluşları səbəbiylə sadəcə bu çiçəkləri mayalaya bilən böcəklər də ya yem tapmadıqları üçün yox olacaqdılar, ya da yem yığmaqda istifadə etdikləri orqanlarının quruluşunu dəyişcəkdilər. Halbuki uzun çiçək tacı olan bitkilərə, ya da digər bitkilərə baxdığımız zaman hər hansı bir adaptasiyanın, yəni dəyişikliyin, ya da başqa bir əlavə mexanizmanın yaranmadığını görürük.

 BİTKİLƏRİN ALDADICI ÜSULLARI

 

Eyni şəkildə kəpənəklər və güvələr kimi canlılarda da hər hansı bir adaptasiya görünmür. Bu çiçəklər də, onları mayalayan daşıyıcılar da çox uzun illərdən bəri həyatlarını eyni uyğunluq içərisində davam etdirirlər. Bura qədər izah edilənlər, ayrı-ayrı növlərdəki bitkilərin nəsillərini davam etdirmələri üçün istifadə etdikləri üsulların qısa bir xülasəsi idi. Hər hansı biologiya kitabında bütün detallarını tapacağınız bitkilərin tozlanma prosesinin səbəbləri haqqında eyni qaynaqlar belə tətminedici açıqlamalar vermirlər. Çünki yerinə yetirilən hər işdə bitkiyə aid edə bilməyəcəyimiz düşünmə, qərar vermə, hesab etmə kimi xüsusiyyətlər ön plandadır. Əslində isə bir bitkinin bu hərəkətləri reallaşdıracaq bir şüurunun olmadığını hamı bilir.

 

Əgər bitkinin bütün bu prosesləri öz iradəsiylə yerinə yetirdiyini iddia etsək, qarşımıza bu cür ssenari çıxar: Bitki, aerodinamik quruluşunun küləklə tozlanmağa uyğun olduğunu “hesab edir” və ondan sonra gələn hər nəsil eyni üsuldan istifadə edir. Digərləri isə küləkdən lazımi qədər faydalana bilməyəcəyini “anlayır” və bu səbəblə tozlanma üçün böcəklərdən istifadə edir. Çoxalmaq üçün böcəkləri özlərinə cəlb etməli olduqlarını “bilir” və bunu yerinə yetirmək üçün müxtəlif üsullardan istifadə edirlər. Əvvəlcə böcəklərin nələri xoşladığını təsbit edirlər. Bunun üçün böcəkləri izləməli, müxtəlif araşdırmalar aparmalıdırlar. Hansı nektarın və qoxunun hansı böcək üzərində təsirli olduğunu öyrəndikdən sonra müxtəlif kimyəvi proseslər apararaq qoxuları sintez edir və bunu tam lazımlı zamanda ifraz edirlər.

 

Nektarın dadını, içindəki maddələrin miqdarını təsbit edir və özləri hazırlayırlar. Nektar və qoxu böcəkləri özlərinə cəzb etməyə kömək etmirsə, düşünüb başqa bir üsulu sınaqdan keçirməyə qərar verir və belə vəziyyətlərdə “aldadıcı təqlidlər” edirlər. Üstəlik öz növlərindən başqa bir bitkiyə çatmalı olan tozcuqların ölçülərini və gedəcəyi məsafəni “hesablayır” və buna görə ən uyğun zamanda tozcuqlarını istehsal edirlər. Tozcuqların bitkiyə çatmasına mane ola biləcək ehtimalları “düşünür” və bunlara qarşı “tədbir alırlar”. Əlbəttə belə bir ssenarinin həyata keçməsi mümkün deyil, hətta bu ssenari tamamilə məntiq qaydalarına ziddir. Bütün bunlar isə bir bitki tərəfindən həyata keçə bilməz. Çünki bir bitki düşünməli, zamanı tənzimləməli, həcm və şəkil təsbit etməli, küləyin sürətini və istiqamətini hesablamalı, mayalanmaq üçün nə tip üsullara ehtiyacı olduğunu təyin etməli və heç tanımadığı bir heyvanı cəzb etməli olduğunu düşünə bilməz, üstəlik bunu yerinə yetirmək üçün hansı üsullardan istifadə edəcəyinə də qərar verə bilməz.

 

              

Bəzi çiçəklər gecə açırlar. Bu səbəbdən də gecə yaşayan canlılar tərəfindən mayalanırlar. Gecə çiçəklərini mayalayan heyvanlardan biri də çiçəklərdəki nektarla qidalanan yarasalardır. Yarasalar tərəfindən döllənən və ağ, yaşıl, bənövşəyi rənglərə sahib olan bu gecə çiçəkləri elə güclü qoxuya sahibdirlər ki, qaranlıqda uçan kor yarasalar bunun sayəsində onları asanlıqla tapa bilirlər. Bu çiçəklər həmçinin bol miqdarda nektar da ifraz edirlər. Göründüyü kimi hər iki canlı da qüsursuz şəkildə bir-birlərinə uyğundurlar. Bu uyğunluğu yaradan, heç şübhəsiz ki, Rəhman və Rəhim olan Allahdır. Çilçıraq ağacı üzərində böyük yarpaqlardan yaranan bir rozet və bunun da mərkəzində krem rəngli çiçəkləri daşıyan bir saplaq var. Çilçıraq ağacının əsas xüsusiyyəti tozcuqlarının əlverişli yerdə yerləşməsidir. Bu səbəbdən bitkinin erkək çoxalma orqanlarında olan çiçək tozunu ancaq əlverişli ağız quruluşuna sahib olan bir güvə yığa bilər. Güvə çiçək tozlarını bir-birinə yapışdırıb top halına salır və bunu başqa çilçıraq ağacının çiçəyinə daşıyır. Əvvəlcə çiçəyin dibinə enir və öz yumurtalarını qoyur. Sonra təpəciyə çıxır və çiçək tozu topunu buraya vuraraq tozcuqlarla qidalanır. Əgər güvələr olmasa çilçıraq ağacları öz-özlərini mayalaya bilməzlər.

Bu detalları nə qədər çoxaltsaq da, fərqli məntiqlərlə yanaşsaq da bitkilərlə heyvanlar arasındakı bu münasibətdə bir fövqəladəlik olduğu nəticəsini dəyişməyəcəkdir.



Bəzi çiçəklərdə nektar çiçəyin dərinliklərində olur. Bu da böcəklərin və quşların nektar yığmalarını, yəni çiçəyin mayalanmasını çətinləşdirəcək. Bu dezavantaj kimi görünür, lakin çiçəklər üçün belə deyil. Çünki Allah nektarı dərinlikdə olan çiçəklərin xüsusiyyətlərinə eynilə uyğun quruluşa sahib canlılar yaradaraq bu bitkilərin də mayalanmasını tənzimləmişdir.

Çünki bu canlılar bir-biri ilə uyğun yaradılmışdır. Bu qüsursuz uyğunluq bizə həm çiçəkləri, həm də böcəkləri yaradan gücün hər iki canlını da çox yaxşı tanıdığını, onların hər cür ehtiyacından xəbərdar olduğunu və onları bir-birilərinə uyğun yaratdığını göstərir. Hər iki canlı da özlərini çox yaxşı tanıyan, bilən Aləmlərin Rəbbi, hər şeydən xəbərdar olan Allahın əsəridir.

Onlar Allahın böyüklüyünü, ucalığını, qüdrətini, qüsursuz sənətini insanlara göstərib tanımaqla vəzifəlidirlər. Bitkinin nə öz varlığından, nə də reallaşdırdığı bu möcüzəvi proseslərdən xəbəri belə yoxdur. Çünki o, sahib olduğu hər xüsusiyyəti planlayan, kainatdakı hər şey kimi özünü də yaradan və hər an yaratmağa davam edən Allahın nəzarətindədir ki, bu həqiqət də Quranda Allah tərəfindən bizlərə bildirilir:

“Bitki və ağaç (Ona) səcdə etməkdədirlər.” (Rəhman Surəsi, 6)