Yeni həyat

Bir bitki yetişir

Dünyadakı ekoloji tarazlığın və həyatın davam etdirilməsində son dərəcə əhəmiyyətli rolu olan bitkilər digər canlılarla müqayisədə daha çox artma sisteminə sahibdirlər. Bunun sayəsində rahatlıqla çoxala bilirlər. Bitkilərin çoxalması üçün bəzən bitkinin sapının kəsilərək torpağa basdırılması, bəzən də həşəratın çiçəyə qonması kifayətdir. Bitkilərin çoxalması son dərəcə sadə görünməsinə baxmayaraq, onların tərkibinin kompleks olması elm adamlarını heyrətə salır.

Ana bitkidən ayrılmaqla başlayan yeni həyat

Bəzi bitkilər cinsiyyət ayrılığı olmadan belə, bir cinsin müəyyən yolla çoxalması ilə nəsillərini davam etdirə bilirlər. Bu cür çoxalmaya qeyri-cinsi çoxalma deyilir. Bu cür çoxalmadan sonra əmələ gələn yeni nəsil əvvəlki nəslin təkrarı olur. Bitkilərdə ən çox yayılan qeyri-cinsi çoxalma formalarına tumurcuqlanma və calaqla çoxalma aiddir.

Bəzi xüsusi fermentlərin köməyi ilə reallaşan çoxalma üsulu (tumurcuqlanma və ya calaqla) bir çox bitkidə həyata keçirilir. Məsələn, otlar və çiyələklər “sürgün” adlanan üfüqi bığcıqlar vasitəsilə çoxalırlar. Kartof isə torpağın altında yetişdiyi üçün tumurcuqlar vasitəsilə çoxalır. Bəzi bitki növlərində isə yarpağın bir hissəsinin torpağa düşməsi yeni bir bitkinin yaranmasına səbəb olur. Məsələn, phyllum daigremontianum adlı bitkinin çoxalması yarpaqlarının ucundakı tumurcuqlar sayəsində baş verir. Bu tumurcuqlar yerə düşən kimi müstəqil bitki inkişaf edir və böyüməyə başlayır. Beqonyada isə qopan yarpaqlar islanmış qumun üzərinə düşdükdən bir müddət sonra kiçik yarpaqlar əmələ gəlir. Beləliklə, bu yarpaqlar da  qısa müddətdən sonra ana bitkinin bənzəri olan yeni bitkini meydana gətirməyə başlayır. Bitkinin tumurcuqlanaraq böyüməsi üçün nə lazımdır? Düşünək! Bitkilərin genetik quruluşuna nəzər salsaq, bu problemin cavabı asanlıqla veriləcəkdir.

    

Çiyələklər və kartoflar digər bitkilərdə olduğu kimi toxum, ya da tozcuq vasitəsilə çoxalmır. Bu bitkilər ya torpağın üstündə, ya da altında köklər meydana gətirərək qeyri-cinsi yolla çoxalırlar.

Yeni bir bitki yetişir

Başqa canlılarda olduğu kimi, bitkilərin də bütün struktur xüsusiyyətləri hüceyrələrindəki DNT-lərdə şifrələnmişdir. Yəni hər bitkinin necə çoxalacağı, necə nəfəs alacağı, qidasını necə təmin edəcəyi, rəngi, qoxusu, dadı, içindəki şəkərin miqdarı, çoxalma üsulu və bunun kimi bir çox məlumat bitkinin bütün hüceyrələrində var. Bitkinin köklərindəki hüceyrələr yarpaqların necə fotosintez edəcəyini bilir, ya da yarpaqlarındakı hüceyrələr köklərin torpaqdan suyu necə çəkəcəyini bilirlər.

Qısaca desək, bitkidən ayrılan hər hissədə bitkinin hamısını meydana gətirən şifrələnmə və sıralanma mövcuddur. Ana bitkinin bütün xüsusiyyətləri, yəni genetik olaraq bitki ilə əlaqədar bütün məlumatlar bitkidən ayrılan bu kiçik hissənin hər hüceyrəsində var. Bu sistemlə çoxalan bitkilərin hər hissəsində eyni genetik məlumatın olması son dərəcə vacibdir, hətta bu məcburidir. Çünki bitkinin çoxalması bu sistemdən asılıdır. Bitkinin hissələrində genetik məlumatların hamısı olmasa, eyni xüsusiyyətə malik olan bitki inkişaf edə bilməz. Buna bir misalla aydınlıq gətirək.

Genetik məlumatlarda əskiklik olsa, məsələn, çiyələyin rəngi, ya da içindəki şəkərin miqdarı, qoxusu ilə əlaqədar genetik məlumat yeni hissələrdə olmasa, çiyələk çiyələk ola bilməz. Elə isə bitkinin hər hissəsinə, bitkinin hamısını meydana gətirən məlumatlar qüsursuz olaraq necə və kim tərəfindən yerləşdirmişdir? Bitkidəki bütün məlumatların qüsursuz bir şəkildə bütün hüceyrələrdə eyni olması təsadüflərlə əldə edilə bilməz. Bu əməliyyatı reallaşdıran bitkinin özü, torpaqdakı minerallar, ya da başqa xarici faktorlar ola bilməz. Çünki bunların hamısı bitkini meydana gətirən sistemin bir hissəsidir.

Belə ki, bir fabrikdəki bütün robotlara eyni istehsal məlumatını verən mühəndis var və kompüterlərin bu məlumatları tək başına əldə etmələri mümkün deyil, eynilə  bitkilərdəki sistemin hər hissəsinin belə bir məlumatı öz-özünə əldə etməsi də mümkün deyil.

Qeyri-cinsi yolla çoxalan bitkilərin hüceyrələrinin hər birində bitkinin hamısına aid genetik məlumat var. Bunun sayəsində bitkidən ayrılan hissələr ana bitkiyə oxşar yeni bitki əmələ gətirirlər.

Dünyadakı bütün canlılarda olduğu kimi, bitkilərin hüceyrələrinə də lazımlı məlumatları yerləşdirən, şübhəsiz ki, hər şeyi qüsursuz yaradan, hər cür yaratmadan xəbərdar olan Allahdır. Allah bu həqiqətə bir çox ayədə diqqət çəkmişdir:

“Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.” (Mülk surəsi, 3-4)

“Məgər Allahın göydən yağış yağdırdığını və (onunla) yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır.” (Həcc surəsi, 63)

Bir bitki yetişir

Cinsi yolla çoxalan bitkilər

“Ölü torpaq onlar üçün bir ayədir: Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi? Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir.“ (Yasin surəsi, 33-36)

Bitkinin çiçəyində erkək və dişi orqanlar vasitəsilə reallaşan çoxalma üsulu – cinsi yolla çoxalma adlanır. Hər çiçəyin forması, rəngi, cinsi hüceyrələrinin formaları,  yarpaqları kimi xüsusiyyətləri bitki növləri arasında dəyişiklikləri göstərir. Strukturlardakı müxtəlifliyə baxmayaraq, bütün çiçəklərin vəzifələri demək olar ki, eynidir. Bu vəzifələr cinsi hüceyrələri formalaşdırmaq, tozlanmaya hazırlamaq və mayalanmasını həyata keçirməkdir.

Çiçəklərini açmağa başladıqları dövrdə ortaya çıxan nektarlar bitkilərin erkək hüceyrələridir. Onların vəzifələri öz çiçək növlərindəki dişi orqanlara çatmaq və aid olduqları bitki nəslini davam etdirməkdir. Hər bitkinin tozcuqları yaymaq üçün özünəməxsus üsulu, ya da istifadə etdiyi bir mexanizmi var. Bitkilərin bəzisi həşəratlardan istifadə edir, bəzisi isə küləkdən faydalanırlar. Bitkilərin tozlanmasında ən əhəmiyyətli cəhət hər bitkinin sadəcə öz növündən olan bitkini tozlandıra bilməsidir. Buna görə də, tozcuqların doğru bitkiyə çatması son dərəcə əhəmiyyətlidir.

Bu zaman belə bir sual meydana çıxır. Xüsusilə yaz aylarında havada bu qədər çox tozcuq var ikən, necə olur ki, tozlanmada heç bir dəyişiklik olmur? Tozcuqlar uzun səfərlərə və dəyişən hava şəritinə necə müqavimət göstərirlər? Bütün bu sualların cavabı tozcuğun quruluşu və tozlanma üsulları araşdırıldığı zaman veriləcək.