Bitkilərin xəyali təkamül ağacı

Təkamül ssenarisindəki son səhnəyə gəldiyimizdə, bura qədər saydığımız bütün qeyri-mümkün və məntiqsiz iddiaların arxasında xəyali təkamül ağacı ilə qarşılaşırıq. Bitkilər təkamülçülər tərəfindən 29 sinifə ayrılmış və təsnifatlar  arasında  ata-nəvə əlaqələri qurulmuşdur. Hər bir sinfin başqa bir sinifdən inkişaf etdiyi iddia edilir və bakteriyalar da bütün bu siniflərin ortaq əcdadı hesab edilir. Saysız-hesabsız rəngbərəng, qoxulu çiçəklər, ağaclar, meyvələr  bu ağacın son budaqlarıdır. İşin  maraqlı tərəfi də var. Dünyadakı canlıların bir çoxu mükəmməl fosil qeydlərinə malikdir. Ara-keçid formaları yoxdur. Hər biri  xüsusi və orijinal olaraq yaradılmış ayrı növlərdir və bir-birləri arasında h bir təkamül əlaqəsi yoxdur. Təkamülçülər bu istiqamətdəki problemləri belə bildirirlər:     
Daniel Akselrod (Daniel Axelrod) “Psilophyte Paleoflora-nın təkamülü” (Evolution of the Psilophyte Paleoflora) adlı kitabında belə deyir: İlk dövrlərə aid quru bitkilər üçün təkamül ağacı geniş diametrdə yenilənməyi tələb edir. Chester A Arnold Miçiqan Universitetində fosil bitkiləri üzərində təcrübə aparan botanika professorudur. O, “Paleobotani giriş kitabının 334-cü səhifəsində yazır: bitki təkamülçüləri nəinki çiçəkli bitkilərin gözlənilməyən yüksəlişini izah edə bilmir, onlar üçün bu bitkilərin mənşəyi bir sirrdir. Təkamülçü olan Ranqanathan B. G. “Mənşələr” adlı kitabında qeyd edib ki, nə keçmiş fosil qeydlərində təkamülü sübut edən heyvana və ya bitki orqanlarına aid ara-keçid formasına, nə də indiki vaxtda təkamülün hələ davam etdiyinə işarə edən yarıinkişaf etmiş bir heyvana və ya bitkiyə rast gəlinməyib. Chester A. Arnold yuxarıda adı çəkilən kitabında belə qeyd edib:
İndiyə qədər heç bir müasir bitkinin başlanğıcından bu günə qədər olan təkamül əlaqələrinin  tarixini izləyə bilmədik.
“Təkamül tarixində çiçəkli bitkilərin təkamülü” (The Evolution of Flowering Plants in The Evolution Life) adlı kitabında Daniel Akselrod (Daniel Axelrod)  çiçəkli bitkilərin əcdadı olan primitiv qrup Angiospermlerin qalıqlarına və hal-hazırda yaşayan  angiosperme rast gelinmədiyini qeyd edib. 20 sentyabr 1975-ci ildə “Elm xəbərləri” (Science News) jurnalında nəşr olunan bir məqalədə “Bu günə qədər tapılmış ən kompleks yosun fosili” (Ancient Alga Fossil Most Complex Yet) təkamülçülər müasir yosunla milyardlarla il əvvəl yaşamış yosunlar arasında heç bir fərqin olmadığını belə ifadə ediblər:
3.4 milyard il əvvəl yaşayan göy-yaşıl yoşun və bakteriya qalıqlarının hər ikisi  Q.Afrikadakı qayalarda tapılmışdır. Maraqlısı isə o olub ki, pleurocapsalean yosun  ilə müasir pleurocapsalean yosun  bir-birlərinə oxşar olublar. Mövzu ilə əlaqədar  mütəxəssislərin  hamısı eyni fikri bildirib: Yarıinkişaf etmiş orqanlara, sistemlərə sahib heç bir primitiv bitki qalığı yoxdur, bir bitkinin başqa bitkinin əcdadı olduğuna dair əldə heç bir sübut yoxdur. Təsvir olunan təkamül ağacları tamamilə təxəyyülün məhsuludur və heç bir elmi əsası yoxdur. Əgər dövrümüzdəki bitki qalıqları səmimi şəkildə qiymətləndirilsə, Yaradılış həqiqəti açıq-aşkar görünər. Bu vəziyyəti etiraf edən Kembric Universitetinin təkamülçü professoru Dr. Edred Corner belə deyir:
… Hələ də ön mühakiməsiz şəkildə bitkilərin qalıq qeydləri xüsusi yaradışın lehinədir. Bitkilərin qalıqları xüsusi yaradılışın lehinə görünür. Su zambağının, mərciməyin, palmanın eyni əcdaddan yaranmasını fikirləşmək olarmı? Təkamülçülər cavab vermək üçün hazırlaşmalıdır, amma məncə bu müzakirə başlamadan bitəcək.
Təkamülçü olmasına baxmayaraq, Edred Korner belə etiraf edib. Əlbəttə ki, bir bitkidən saysız müxtəliflikdə bitkilərin meydana gəlməsi qeyri-mümkündür. Bitkilərin hər biri öz növünə aid fərqli xüsusiyyətlərə malikdir. Rəngləri, dadları, formaları, çoxalma üsulları bir-birindən fərqlidir. Qarpız hər yerdə qarpızdır, rəngi, ləzzəti, qoxusu həmişə eynidir. Gül, çiyələk, qərənfil, çinar, cökə, banan, ananas, qısaca desək, bütün bitkilər dünyanın hər yerində eyni xüsusiyyətlərə malikdir. Yarpaqlar dünyanın hər yerində fotosintez edən mexanizmlərə sahibdirlər. Bənzərsiz daşıma sistemləri dünyanın hər yerindəki bitkilərdə vardır. Bu mexanizmlərin təkamülçülərin iddia etdikləri kimi, təsadüfən meydana gəlməsi qeyri-mümkündür.
Bütün bunların bir nəticəsi var. Bütün canlılar kimi bitkilər də yaradılıb. Meydana gəldikləri andan etibarən bütün mexanizmləri əskiksiz olaraq var. Təkamülçülərin istifadə etdiyi "zamanla inkişaf, təsadüflərə bağlı dəyişiklər, ehtiyac nəticəsində ortaya çıxan adaptasiya" kimi terminlərin hec bir elmi əsası yoxdur.