Fosillər 

Yaradılışı sübut edən fosillər
Bu dövrə aid olan bitki qalıqlarında müasir bitkilərdə olan xeyli xüsusiyyət vardır. Məsələn, bitkilərdə olan stroma, kutikul və rizoid bu strukturlardan bir neçəsidir.1 Quru bitkilər quruda yaşamaq üçün mütləq quruma təhlükəsindən qorunmalıdırlar. Kutikula bitkiləri qurumaqdan qoruyan, gövdə-budaq və yarpaqları örtən muma bənzər strukturdur. Kutikul kimi bitkilərin sahib olduqları bütün strukturlar son dərəcə həyati əhəmiyyətə malikdir. Bikilər günümüzdə olduğu kimi çoxalmaq və yaşamaq üçün qüsursuz sistemlərə sahib olmalıdırlar. Tapılan bütün bitki qalıqları yer üzündə yarandıqlarından etibarən qüsursuz strukturlara sahib olduqlarını təsdiqləyir.
Daş kömür dövrünün fosilləri (360-286 milyon illik)   
Daş kömür dövrünün ən əhəmiyyətli xüsusiyyəti, bu dövrə aid çox sayda və növdə bitki qalığının olmasıdır. Bu dövrə aid qalıqların bu gün yaşayan bitki növlərindən heç bir fərqi yoxdur. Fosillərdə birdən meydana çıxan müxtəliflik təkamülçülərin işlərini yenidən çətinləşdirib. Çünki birdən-birə çox mükəmməl sistemlərə sahib bitki növləri meydana gəlib.   
 
Lepidodendron 345-270 milyon il əvvəl yaşayan bitki olub. Şəkildə görünən Lepidodendron ağacının fosilləşmiş gövdəsinin səthində yarpaqlarının bağlandığı yerlərin izləri diqqət çəkir. Hətta damarlı ayanın gövdədən, yarpağın sapına keçdiyi yerlərdə almaz şəklindəki yarpaq izlərinin mərkəzləri görünür.
Təkamülçülər bu problemdən xilas olmanın yolunu təkamülü xatırladan bir ad qoymaqla və hadisəni "Təkamül partlayışı" kimi xarakterizə ediblər. Təbii ki, bu vəziyyəti Təkamül partlayışı kimi adlandırmaları heç bir problemi həll etmir. Hətta təkamül nəzəriyyəsinin qurucusu olan Çarlz Darvin problemi belə etiraf edir: Bitki aləminin inkişaf tarixində ali bitkilərin birdən-birə inkişafları qədər mənə daha fövqəladə gələn bir hadisə yoxdur. Bitki qalıqlarında da olduğu kimi, müasir dövrün bitkiləri ilə yüz milyon il əvvəl yaşayan bitkilər arasında forma və quruluş etibarilə heç bir fərq yoxdur.    
PSILOPHYTON 395-360 milyon il əvvəl yaşamış bitkinin yarpaqları yoxdur. Fosildən də göründüyü kimi, budaqları yenidən yan budaqlara ayrılan damarlı bitkidir. Psilophyton bitkisinin qalığı Devon dövrünə aiddir.
CALAMITES -bəzən 20 metrə qədər uzandığı təxmin edilən bu bitki Orta daş kömür  dövrlərindən (300-250 milyon il əvvəl) olduqca məşhur olan bir növdür.
Bitkilər milyonlarla il əvvəl də bu günkü kimi fotosintez ediblər. Betonları çatladan gücə sahib olan hidrolik sistemlərə, torpaqdan əmilən suyu metrlərlə yuxarıya çıxaran nasos sistemlərinə, canlıların qidasını hasil edən kimyəvi fabriklərə sahib idilər. Yüz milyonlarla il əvvəl bitkilər yaradılıblar. Onları yaradan Aləmlərin Rəbbi olan Allah bu gün də onları yaratmağa davam edir. Dövrümüzün texnologiyasının imkanlarından istifadə edərək bitkilərdəki bu yaradılış möcüzələrini anlamağa çalışan insan üçün bir növ bitkini belə yoxdan meydana gətirməsi mümkün deyil. Allah bu həqiqətə Nəml surəsində belə diqqət çəkib:   
Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar (haqdan) yayınan adamlardır.  (Nəml surəsi, 60)
SENFTENBERGIA - Bu bitkinin xüsusiyyəti mürəkkəb yarpaqlarının təkrarən bölünməsindən yaranan yarpaqlara sahib olmasıdır. Yuxarıdakı şəkildə Senftenbergia plumosa fosili isə Almaniya Daş kömür dövrünə (300 milyon il əvvəl) aid bitkidir.
SPHENOPTERIS - Sphenopterid bitkisi kompleks quruluşlu bitkidir. Xarici görünüşü etibarilə günümüzdəki bitkilərdən heç bir fərqi olmayan bu bitkinin fosilində yarpaqları çox dəqiq görünür. Şəkildəki S. elegans növü Almaniya Daş kömür dövründəndir. (325-290 milyon il əvvəl)

 

Yaradılışı sübut edən fosillər

NEUROPTERIS. Bu fosildə isə Neuropteris növündən olan ağacın yarpaqları görünür. Neuropteris Daş kömür dövründə (280 milyon il əvvəl) yaşayan bitkidir. Avropa və Şimali Amerikada çox məşhurdur. Şəkildəki nümunə N. gigantea növünə aiddir. Illinois, Mazon Krikdəki Pensilvaniya qalıq laylarından tapılmışdır.
ANILARIYA Calamitaceaenin yarpaqlarının fosilləri. Yarpaqlar oval və ya mizraq formasındadır. Bu, Amerika, Kanada, Çin və Avropada daş kömür dövründə olduqca məşhur idi. Eyni zamanda, Sovet İttifaqı və Çində Perm dövrü, Pataqoniyada Üst paleozoy dövründə məşhur idi. Şəkildəki İtalyanın Üst paleozoy dövrünə aid fosildir.
BARAGWANATHIA Baragwanathia ən köhnə damarlı quru bitkisidir. Toxumaları və sporları var. Yarpaqları olan budaqlar 28 sm uzunluğundadır. Bu budaqların eni 1-2 sm.-dir. Ana ox sonradan iki yan budağa ayrılıb. B. Longifolia növü (şəkildəki) Avstraliya, Viktoriyada tapılmışdır. 400 milyon illik bitkidir. Üst silur dövrünə aiddir.
ZAMITES - Çox fərqli görünüşü olan bu yarpaqlar, sapın iki tərəfində tüklər olan növdəndir. Dövrümüzdəki otlarla müqayisə edildiyində quruluş etibarilə heç bir fərqi olmadığı görünür. Şəkildəki nümunə Lombardy, Ostenoda Alt yura (190 milyon il əvvəl) dövrünə aiddir.
Burada Nipa ağacının meyvəsi, Ordovik dövrünün kiçik Nipa meyvəsi fosili müqayisə edilmişdir. Nipa bu gün tropik sahillərə yaxın olan çay kənarlarında yetişən gövdəsiz palmadır. Buradan görünür ki, bitkinin meyvəsində heç bir dəyişiklik yoxdur.
Yuxarıdakı şəkildə Miosen dövrünə aid tumurcuq fosili, sağdakında isə çiçək qalığıdır.
Qovaq ağacının yarpaq fosilləri indiki dövrün qovaq ağacları ilə tamamilə eynidir. Bu fosil nümunəsi təxminən 25 milyon yaşındadır.
Hal-hazırda yaşayan çöl mahud çiçəyi (primrose)