FOTOSİNTEZ

            FOTOSİNTEZ MÖCÜZƏSİ

Dünya canlıların yaşaması üçün uyğun şəkildə yaradılmış və xüsusi olaraq hazırlanmış bir planetdir. Atmosferdəki qazların miqdarından, Yerin günəşdən uzaqlığına, dağların varlığından suyun içilə bilməsinə qədər, bitkilərin müxtəlifliyindən yer üzünün temperaturuna qədər yaranmış həssas tarazlıqlar dünyada yaşamaq üçün yaradılmışdır. Həyatı meydana gətirən elementlərin möhkəmliyinin təmin edilə bilməsi üçün həm fiziki şərtlərin, həm də bəzi biokimyəvi tarazlıqların qorunması vacibdir. Məsələn, canlıların yer üzündə yaşamaları üçün Yerin cazibə qüvvəsi nə qədər lazımdırsa, bitkilərin istehsal etdiyi üzvi maddələr də bir o qədər əhəmiyyətlidir.

Bitkilərin bu üzvi maddələri istehsal etməsi üçün reallaşdırdıqları proseslər yuxarıda qeyd etdiyimiz kimi, fotosintez adlanır. Bitkilər öz qidalarını özləri istehsal etdikləri ücün digər canlılardan fərqlənirlər. Bu fəqliliyi təmin edən bitki hüceyrəsi insan və heyvan hüceyrələrindən fərqli olaraq, günəş enerjisini birbaşa istifadə edə bilən strukturlara malikdir. Bu strukturların köməyi ilə bitki hüceyrələri günəşdən gələn enerjini insanlar və heyvanlar tərəfindən qida yolu ilə alına bilən enerjiyə çevirirlər.

Bax elə bu şəkildə fotosintez prosesi tamamlanır. Əslində bütün bu prosesləri həyata keçirən bitkilərin bütov bir hissəsi, hətta yarpaqları da deyil, bitki hüceyrəsinin kiçik bir hissəsidir. Bu prosesləri bitki hüceyrəsində yerləşən və bitkiyə yaşıl rəng verən "xloroplast" adlanan orqan reallaşdırır. Xloroplastlar bir millimetrin mində biri böyüklüyündədirlər, buna görə də yalnız mikroskopla müşahidə edilirlər. Fotosintez prosesində istirak edən xloroplastın membranı da bir metrin yüz milyonda biri böyüklüyündədir. Gördüyümüz kimi, rəqəmlər son dərəcə kiçikdir və bütün əməliyyatlar bu mikroskopik mühitlərdə reallaşır. Fotosintez hadisəsindəki əsl heyrətverici məqamlardan biri də budur.