BİTKİLƏR ALƏMİ

İnsanların  həyatında çox əhəmiyyətli yeri olan bitkilər 500 mindən çox növü ilə Allahın insanlara təqdim etdiyi   ucsuz- bucaqsız xəzinədir. Tənəffüs etdiyimiz tərtəmiz havanın, həyatda yaşamaq üçün ehtiyacımız olan qidaların, istifadə etdiyimiz enerjinin qaynağı bitkilərdir.  Möhtəşəm mənzərələrin, təsir edici qoxuların və göz oxşayan rənglərin qaynağı da yenə bitkilərdir.

Bitkilərin fotosintez prosesi, dayanmadan enerji və oksigen istehsal edən, təbiəti təmizləyən, ekoloji tarazlığı təmin edən mexanizmləri, dad, qoxu, rəng kimi yalnız insana xitab edən estetik xüsusiyyətləri ilə özlərini yaradan Allahın sonsuz elmini, sənətini, insanlara qarşı şəfqət və mərhəmətini gözlər önünə sərən xüsusi canlılardır. Xüsusi faydaları üçün özünəməxsus sistemlərə sahib olan bitkilərin bu günə qədər yalnız 10.000 növü araşdırıla bilmiş, bu araşdırmalar nəticəsində hər bitkinin insanı heyrətə salacaq yaradılış xüsusiyyətlərinə sahib olduğu ortaya çıxmışdır.

 Bu bloq  bitkilərdəki, hətta onların tək bir yarpağındakı yaradılış möcüzələrinə bir az daha yaxından nəzər salmaq, onların möcüzələrlə dolu dünyalarını tanımaq üçün çox faydalı olacaq. Bu yolla indiyə qədər yalnız elm adamlarına xas olduğunu düşündüyümüz gerçəklərin qapısının bütün insanlara açıla biləcəyini görə bilərik.

Bizə təqdim olunan bu nemeti yaxından tanımaq, kainatda yeganə heyat yeri olan planetimizi, ekologiyamızı qorumaq ucun bitkilərə ağıl və hikmət gözüylə baxmaq lazımdır. Ətrafına ağıl və hikmət gözü ilə baxmağı öyrənən insan bir çiçəyin rəngində, formasında və qoxusunda gördüyü sənətin yanında çiçəyi çiçək edən bütün sistemləri də öyrənəcək, Yaradıcının üstün elminə və qüdrətinə daha yaxından şahid olacaq.

Şəkillər

<< 1 | 2