Toxumdakı dizayn

“Məgər görmürlərmi ki, Biz quru yerə su göndərib onunla heyvanlarının və özlərinin yedikləri əkinlər yetişdiririk? Məgər görmürlər?” (Səcdə surəsi 27)
 
Başınızı qaldırdıqda ətrafımızda gördüyünüz ağaclardan zövq aldığınız əlvan ətirli çiçəklərə, yediyiniz tərəvəzlərə, meyvələrə qədər bir çox bitki başlanğıcda bir toxumdur. Yaxşı bu toxumlar hansı mərhələlərdən keçərək əmələ gəlmişdir? Toxum əmələ gəlməsinin ilk mərhələsi çiçəkli bitkilərdəki tozcuqların, yəni erkəkciklərin daşınmasıdır. Külək, həşəratlar, heyvanlar, ya da hər hansı yolla daşınan erkəkciklərin (tozcuqların) səfərlərinin son nöqtəsi çiçəklərin dişicikləridir. Çiçəklərin tam ortasında, meyvə yarpaqlarından (karplar) əmələ gələn bir və ya bir neçə dişicik mövcuddur. Hər dişi orqanın ən üst hissəsində  ağızcıq, onun aşağı hissəsində boyuncuq və ən aşğıda genişlənmiş  yumurtalıq var. Erkək orqanlardan gələn çiçək tozları üzəri yapışqan maye ilə örtülü olan ağızcığa qonurlar.
Bu yapışqan mayenin  mühüm vəzifəsi var: çiçək tozcuqları boyuncuğun aşağı hissəsindəki yumurtalığa çatmadıqca buradakı yumurta hüceyrəni mayalandıra bilmirlər. Bu yapışqan maye bu nöqtədən işə başlayır və çiçək tozlarının ətrafa səpələnərək hədər olmasının qarşısını alır. Çiçək tozları ağızcığın üzərinə qonduqdan sonra böyüməyə başlayır və hər bir tozcuq dənəsi, yəni hər erkəkcik kök qədər incə bir borucuk inkişaf etdirərək dişiciyin boyuncuğundan yumurtalığa doğru uzanır. Bu borucuqlardan hər birinin içində iki sperm var. Borucuq uzanaraq yumurtalığa çatdıqda qopur və içindəki sperlmlər sərbəst qalır. Beləliklə spermlərdən biri yumurtalıqdakı yumurta hüceyrə ilə birləşir.
Bu varlıq irəlidə toxumu meydana gətirir. Digər sperm isə  yumurtalıqda başqa bir hüceyrə ilə birləşərək toxumun çiçəklənməsi üçün lazım olan ehtiyat qida maddələrini  əmələ gətirir. Bu hadisəyə mayalanma hadisəsi deyilir. Mayalanmadan bir müddət sonra da toxum əmələ gəlir. Mayalanmadan sonra əmələ gələn hər toxumda  bitki embrionu, bir də ehtiyat qida maddəsi mövcuddur. Bitki ilə əlaqədar izah olunan bütün məlumatlar bu embrionda mövcuddur, yəni embrion bitkinin kiçik bir surətini özündə saxlayır. Ehtiyat qida maddələri isə bitki öz qidasını hazırlaya biləcək hala gələnədək embrionun böyüməsinə xidmət edəcəkdir.
Toxumlarda ehtiyyat qida maddlərinin xüsusiyyətləri

Toxumlarda embrion ilə birlikdə olan ehtiyyat qida maddələrin olması çox mühümdür. Çünki toxum halında bitkinin fotosintez edə bilkəcək kökləri yoxdur. Torpağın üstünə çıxabilən cücərti halına gələnə qədər toxum tərkibindəki bu qidanı istifadə etmək məcburiyyətindədir. Buna görə də ehtiyyat qida maddələri toxumun inkişafına tam çatmalıdır. Bu yerdə qarşımıza möhtəşəm bir möcüzə çıxır. Hər bitkinin toxumunda ehtiyacı qədər qida maddələri yığılmışdır. Üstəlik mayalanmadan sonra toxum əmələ gələrkən bitkinin növünə görə hansı maddələrin toplanacağı da müəyyənləşdirilmişdir.
Toxumda nişasta və zülal, şəkər və yağ kimi qida maddələri toplanır. Bu maddələrdən nişastanın olmaması qeyri mümkündür, çünki toxumun əsas enerjisini nişasta təşkil edir. Toplanmış zülallar isə bitki üçün lazımlı olan digər zülalları inşa etmək üçün embrionun ehtiyacı olan aminturşularını meydana gətirirlər. Bu nöqtədə bir az düşünək.Qida miqdarını və cinsini tənzimləyən kimdir? Bunu tənzimləyən toxum ola bilməz, çünki hələ ortada bir toxum yoxdur. Bu tənzimlənmə toxumun əmələ gəlməsindən əvvəl təmin edilir.
O halda bitkinin özü toxumun hansı mərhələlərdən keçərək nə qədər müddət sonra mayalana biləcəyini tənzimləyə bilərmi? Belə bir ehtimalı qəbul etmək bitkinin öz ağlı və şüuru olduğunu, uzaqgörən olduğunu, özündən kənarda inkişaf edən hadisələrdən xəbərdar olduğunu  qəbul etməliyik. Əlbəttə bunu qəbul etmək ağıl və şüur sahibi bir insan üçün mümkün deyil. Bu vəziyyətdə qarşımıza çıxan həqiqət açıqdır. Hər bitkinin toxumunun içinə lazım olduğu qədər qida maddlərini qoyan və o bitkilərin mayalanma mərhələlərini yaradan Allahdır.
Toxumlardakı qida maddələrinin əhəmiyyəti

Tozlanmadan sonra toxum əmələ gələrkən bitkinin növündən asılı olaraq nişasta və zülalla birlikdə şəkər və yağ toxumda qida olaraq toplanır. Nişasta toxum üçün lazım olan əsas enerji qaynağını təmin edir. Toplanmış zülallar da bitkiyə lazım olan digər zülalları inşa etmək üçün embrionun ehtiyac duyacağı amin turşularını təmin edəcək. Amma embrionun zülalları və nişastanı əmərək, onları içərisində daşıya biləcək hala gəlməsi üçün bu zülal və nişastalar suda həll olunmalıdır. Həm də toxumda toplanan maddələrə baxarkən zülal və nişastaların məhz bu xüsusiyyətlərə malik olduğunu görürük. Toxumun inkişafını davam etdirməsi və bitkiyə çevrilməsi üçün mütləq olan qida anbarının mövcudluğu təkcə bitkilər üçün əhəmiyyətli deyil.

Toxumlardakı bu qidalandırıcı maddələr həm insanlar, həm də heyvanlar üçün əhəmiyyət daşıyır. Məsələn, buğda, qarğıdalı, düyü, arpa, çovdar, yulaf, darı, qara buğda, paxlalılar (göy noxud, lobya, paxla, yer fıstığı) və qabıqlı yemişlər (Braziliya fıstığı, hind qozu, fındıq, badam kimi) içərisində qidalandırıcı maddələr olan toxumlardandır. Toxumlarda digər maddələrə nisbətən şəkərə daha az rast gəlinir. Şirin qarğıdalı, şabalıd, badam, fıstıq və göy noxud kimi toxumlar isə digərlərinə nisbətdə içərisində daha çox şəkər toplanan toxumlardandır. Toxumlar yetişdikcə yağ toplayan toxumlardakı yağ sürətlə artır. Toxumlardan əldə edilən ən mühüm yağların bəziləri kətan, pambıq, paxla, zeytun, yer fıstığı, gənəotu toxumu, hind qozu, küncüt və xurma bitkilərindən əldə edilir.

Bu yağlardan qida maddəsi kimi istifadə olunmaqla yanaşı, boya, cila, yapışqan, mürəkkəb, sabun və izolyasiya materiallarının hazırlanmasında da istifadə olunur. Bu misallardan göründüyü kimi insanın həyat və sağlamlığı birbaşa və ya dolayısilə toxumlardan asılıdır. Lifli qida, ədviyyat kimi qida ehtiyacları, içkilər, yeyinti və sənaye yağları, vitaminlər və dərmanlar insanların toxumlardan yararlandığı sahələrdən bir neçəsidir.

Toxumlardakı mineral və vitaminlər

Quru toxumların əksəriyyətinin qida dəyəri çox yüksəkdir. Bunlardan balqabaq tumu, küncüt və günəbaxan toxumları, taxıl dənələrinə nisbətən tərkibində daha çox zülal olan qida maddələridir. Məsələn, balqabaq çəyirdəyi toxumlarının tərkibində 30%-dən daha çox zülal var. E vitamininin yüksək olduğu bu toxumların çəkilərinin yarısından çoxunu yağ təşkil edir. Bunun çox hissəsini (80%-dən çox) damar sərtliyinə qarşı qoruyan yağlar, yağ tərkibli turşular və yağda həll olunan vitaminlərdən A, D və E vitaminləri təşkil edir. Toxumlarda B vitamini də var, lakin toxumun növündən asılı olaraq bu miqdar dəyişir. Bundan başqa, toxumlar minerallarla da çox zəngindir. Məsələn, tərkiblərində bol miqdarda dəmir və sink var. Əsasən balqabaq toxumlarında magneziumun miqdarı çoxdur. Eyni zamanda, bir çox toxumlar mislə zəngindir.

Toxumlardakı kalsium, kalium və fosfor səviyyəsi də olduqca yüksəkdir, çox az miqdarda natrium var. Bir çox toxumların tərkibində yod da mövcuddur. Balqabaq toxumlarının (çəyirdəkləri) tərkibində sink var. Bu xüsusiyyətləri sayəsində bir çox xəstəliklərin müalicəsində onlardan istifadə olunur. Bundan başqa balqabaq toxumları kalsium və fosfor kimi dəmirlə də çox zəngindir. Eyni zamanda tərkibində E vitamini və yağlı turşular var. Toxumlarında B vitaminlərinin qarışığı var. Bunların arasında niasin ən zənginidir. Küncüt toxumları dünyada ən çox istifadə olunan toxumlardır. Bu toxumlar yağla zəngindir (yağ nisbəti 55%-dən çoxdur).

Küncüt toxumlarının tərkibində təxminən 20% zülal, bəzi A və E vitaminləri, B12 və folium turşusundan başqa, B vitaminlərinin çoxu var. Bir çox toxumlarda olduğu kimi küncüt toxumlarında da bol miqdarda minerallar var. Kalsium, mis, maqnezium, fosfor və kalium kimi sink və dəmir də yüksək miqdardadır. Küncüt toxumları mükəmməl kalsium mənbəyidir. Bununla yanaşı bir çox toxumlarda olduğu kimi fosfor da olduqca yüksəkdir. Küncüt toxumları eyni zamanda içərisindəki E vitamini və ya digər amillərlə əlaqədar zəif antioksid təsirinə malikdir. Çiy günəbaxan toxumları qızardılmış tumlara və duzlu növlərinə nisbətdə qida baxımından daha zəngindir.

Qan təzyiqi problemi olanlar üçün günəbaxan toxumları kalium nöqteyi-nəzərdən zəngin, natrium baxımından yoxsuldur. Günəbaxan tumlarında olan çox miqdarda yağ (damar sərtliyinə qarşı qoruyucu təsirə malik yağlar kimi) əsasən linoleic asit və E vitamini xolesterol səviyyəsini azaltmaq və kardiovaskulyar xəstəliklərin qarşısını almaqda çox təsirlidir. Günəbaxan toxumları təxminən 25% zülaldan ibarətdir, liflidir, B vitamini ilə zəngindir. Tərkibində yüksək miqdarda kalium, az miqdarda natrium və fərqli həcmlərdə sink, dəmir və kalsium var. Günəbaxan toxumları mineralla zəngin qida maddələridir. Mis, marqans və fosfor səviyyələri də çox yüksəkdir, bundan başqa, tərkibində maqnezium var.

Günəbaxan tumlarının meyvə qabıqları quru və sərt maddələrdən əmələ gəlib. Bu səbəbdən yetişdikdə toxum qabıqları çatlamır. Bu, qabıqların içindəki qida dəyəri yüksək olan toxumun saxlanması üçün lazımdır. Yuxarıda verdiyimiz bir neçə misaldan da göründüyü kimi Allah toxumlar vasitəsilə insanları bir çox maddələrlə qidalandırır. Bu cəhəti ilə toxum sadəcə bitkilərin yetişməsinə səbəb olması ilə deyil, şükr edilməli olan nemətlərdən biri olaraq da qarşımıza çıxır.

Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin”. (Nəhl surəsi, 114)
Toxumlardakı dizayn

O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. (Loğman Surəsi, 10)

Toxumların əsas hissəsi toxum örtüyü, qida anbarı və embriondan ibarətdir. Ancaq təməl strukturlarının eyni olmasına baxmayaraq hər toxumun qida anbarının miqdarı, toxumu əhatə edən qoruyucu pərdənin cinsi, qalınlığı, onu bürüyən meyvənin şəkli, meyvəsinin dadı bir-birindən çox fərqlidir. Toxum örtüklərinin şəkillərindən rənglərinə və müxtəlifliyə qədər hər şey, bitkilərin yaşadığı mühitə və növünə görə dəyişir. Bu baxımdan araşdırıldığı zaman bütün toxumlar bir dizayn möcüzəsi olaraq qarşımıza çıxır. İndi bu dizayn fərqliliyini  nümunələrlə nəzərdən keçirək. Ərikdə bir nüvə, yəni bir dənə toxum var və bu nüvə bərk qabığın içində çox yaxşı qorunur. Ətli hissə isə şəkərlidir və yeyiləndir, zədələnməyə qarşı da  həssasdır. Bu hissə insanlarla yanaşı quşlar, gəmiricilər, böcəklər və digər heyvanlar üçün də yaxşı qidadır. Ancaq meyvənin iki hissədən ibarət olması bitki üçün də əlverişlidir.

Çünki meyvə hissəsi yeyildikdən sonra  əriyin ortasında sərt nüvə şəklində toxum ortaya çıxır. Toxum bu şəkildə uyğun bir yerdə cücərərək yeni ağac kimi yetişmə imkanı tapır. Başqa bir nümunədə kivini misal göstərək. Kivi əriyin əksinə olaraq içindəki nüvələri (toxumları) da yeyilən bir meyvədir. Buna görə kivinin bir toxumu deyil, çox sayda kiçik toxumu var. Ətli meyvə olan kividə olduğu kimi, qruplaşmış halda olan toxumlar adətən kiçikdir, amma bir yerdə və çox sayda olduqlarına görə -meyvənin bir hissəsi yeyilsə belə- bir bitki halına gəlmə ehtimalı daha çoxdur.

 
Dünyadakı bitkilərin müxtəlifliyinə uyğun olaraq toxumlar da müxtəlifdir. Hər bitki toxumunun forması, tərkibindəki ehtiyat qida miqdarı, toxum qabığının cinsi və qalınlığı bir-birindən fərqlidir. Bu baxımdan araşdırıldığı zaman bütün toxumlar bir dizayn möcüzəsi olaraq qarşımıza çıxır.

Yandakı şəkildə görünən Epilobium glaberrinum adlı bu bitki, toxumlarını küləklə dağıdır. Toxum kapsulasının 4 hissədən ibarət olan bir dizaynı var. Bu hissələr bir-birindən ayrılan kimi bitkinin tükcüklü toxumları havaya dağılıb küləyin əsdiyi istiqamətdə müxtəlif bölgələrə yayılır. Quru meyvələrdə, ümumiyyətlə, bu bitkidəki tükcüklərə bənzər şəkildə, toxumun daşınmasını təmin edən xüsusi dizaynlar var. Toxumların dizaynına baxaraq necə yayıldığını anlamaq mümkündür. Yanda gördüyünüz tük toxumlar külək vasitəsiylə ətrafa dağılarkən, yuxarıdakı şəkildə görünən bitkinin toxumları bitkinin qurumasından sonra ətrafa dağılır.

Demək olar ki, bütün toxumların tərkibi eynidir. Ancaq şəkildə də görüldüyü kimi toxumun şəkli bitkinin növünə görə dəyişir. Allah toxumlarda bənzərsiz bir müxtəliflik yaratmışdır. Quru meyvələr isə, ümumiyyətlə, toxumun qorunmasında və yayılmasında əhəmiyyətli funksiyaya sahib olan arxitektura işləri ilə bəzəklidir. Buna nümunə olaraq dəvətikanının təpəsində olan tükcüyü misal göstərə bilərik. Bu kiçik paraşütlərin vəzifələri irəlidəki hissələrdə detalları ilə birlikdə araşdıracağımız kimi- qiymətli yüklərini (çoxalan hüceyrələri) hava yolu ilə uzaqlara daşımaqdır. Quru meyvələrdən çox toxumlu olanlar toxumlarını yaymaq üçün açılırlar. Yaşıllaşma əsnasında toxumlar bir-birlərinə yaxınlaşaraq sıxışır və qarşılıqlı şəkildə bir-birlərini sıx şəkildə tutunmağa məcbur edirlər. Bu cür meyvələrə özbaşına açılan meyvələr deyilir.

Bunlarda, toxumun örtüyü qalın və dayanıqlıdır, çünki embrionu və qida anbarını bu örtük qoruyur. Bu növün toxumları çox fərqli rənglər, şəkillər və toxumalara sahib olduğu kimi qanadlar, tüklər, incə pərdə kimi fərqli hissələrə də malikdir. Çox toxumlu quru meyvələrin tipləri böyük müxtəlifliyə malikdir. Kapsulalar, kisəciklər, keçibuynuzu, dənəli və s. kimi bir çox meyvə dizaynı bunlara aiddir.

Bunlara bir neçə nümunə: Montbretianın üç toxum qablı kapsulası parlaq kök rəngində yumru toxumlara malikdir. Toxumlarını ətrafa saçmaq üçün küləyin onu yelləməsini və ya hər hansı bir canlının oradan keçməsini gözləyir. Paxlalılar  isə meyvələri dənəli olan son dərəcə geniş bir növdür. Hər növün şəkli və xüsusiyyətləri özünə məxsusdur. Məsələn: göy noxudun dənələri son dərəcə düz bir şəkildə arxa arxaya düzülmüşdür. Colutea arborescens isə içi hava ilə şişmiş haldadır və gurultulu bir şəkildə çatlayır. Bu bitkilərin ən maraqlısı da mimoza bitkisinin (Mimosa pigra) inanılmaz dənələridir. Bunlar, hər biri bir toxumu təmin edəcək şəkildə tüklü tikanlara bənzər şəkillər əmələ gətirirlər.

Qüsursuz bir nizam içində sıraya düzülmüş olan göy noxud toxumları, bitkinin  içindəki xüsusi kisəciklərdə qorunurlar. Bu, dünyanın harasında olursa olsun yetişən bütün göy noxudlar üçün etibarlıdır. Eyni qüsursuz nizam, eyni mükəmməl rəng və dad bütün göy noxudlarda var. Bunu təmin edən isə göy noxudlara Allah tərəfindən yerləşdirilmiş olan məlumatdır. Mimoza bitkisinin dənələrindən hər biri bir toxumu təmin edəcək şəkildə tüklü tikana bənzər formada olurlar. Yandakı Colutea arborescens isə içi hava ilə şişmiş haldadır, toxumlarını partladaraq dağıdır və paylayır.

Bunlar bitki toxumlarındakı funksional dizaynlarla əlaqədar yalnız bir neçə nümunədir. Hər bitki növünün toxum quruluşunun fərqli olduğunu düşünsək, bənzərsiz bir müxtəliflik və bu müxtəliflikdəki qüsursuzluq ilə qarşı-qarşıya olduğumuzu görərik.

 Toxum örtüklərindəki xüsusi maddələr

Toxumların ümumi dizaynlarındakı müxtəlifliklərlə yanaşı, örtükləri də tam ehtiyac duyacaqları xüsusiyyətlərə sahib olaraq yaradılmışdır. Toxumun içindəki embrion çox qiymətlidir. Buna görə də yeni bitki tam olaraq inkişaf edənə qədər bu embrion diqqətlə qorunmalıdır. Bu qoruma hər bitki növünə görə müxtəlif toxum örtükləri ilə təmin edilmişdir. Toxum örtüyünü əmələ gətirən maddənin dayanıqlılığı sayəsində toxum xarici mühitin mənfi təsirlərindən qorunur. Bundan başqa örtüyü əmələ gətirən maddələr, toxumların su üzərində dayana bilməsində, ya da küləklərlə uçmasında da əsas faktordur. Toxumların xarici örtükləri son dərəcə müxtəlif və cəlbedici xüsusiyyətlərə malikdir. Bəzi xarici pərdələr düşmənləri uzaqlaşdıra bilmək üçün acı bir maddə ilə örtülüdür. Bəziləri isə “tanen” adlanan maddə baxımından zəngindir ki, bu maddə toxumlardakı çürüməni məhdudlaşdırır. Bir çox bitki növünün toxumlarında isə örtüklər bir növ jele ilə örtülüdür. Zülallarla birləşmiş kompleks şəkərlərdən ibarət olan bu jeleli maddə su ilə qarşılaşdığında asan şəkildə şişir. Bunun sayəsində toxum asanlıqla nəmli maddələrin üzərinə yapışır. Bu xüsusiyyət, irəlidə görəcəyimiz kimi cücərmə əsnasında əhəmiyyətli rol oynayacaq.

Şəkildə görülən jeleli cisimlər Ocimum basilicum adlı bir növ reyhan növünə aiddir. Bu reyhanın toxum örtükləri su ilə əlaqəyə keçəndə bir neçə dəqiqə ərzində dərhal jeleli bir maddə istehsal edir. Beləliklə şəkildə də görüldüyü kimi maraqlı bir şəkil alırlar. Bu reyhan növünün toxumları Taylandda və şərqin başqa bölgələrində xüsusilə meyvə sularına qatılaraq istifadə edilir. (Grains də Vie, s. 24)


Yanda görülən İpomoea murucoidelərin ağır toxumları bu incəcik tüklər sayəsində havada uça bilirlər. Bundan əlavə toxumların küləklə birlikdə yerdə diyirlənməsini təmin edənlər də məhz bu tüklərdir. (Grains də Vie, s. 25)

Toxumların qoruyucu xarici layları (toxum örtükləri), ümumiyyətlə, çox sərtdir. Bu xüsusiyyət toxumu qarşılaşacağı xarici təsirlərə qarşı qoruyur. Məsələn: bəzi toxumların inkişaflarının son mərhələsində xarici səthlərində möhkəm şamlı bir quruluş yığılır, bu sayədə toxumlar su və qaz təsirinə qarşı müqavimətli olurlar. Toxum örtükləri bitkinin növünə görə müxtəlif vəsaitlərlə örtülə bilir; paxla dənəsində olduğu kimi incə bir pərdəylə, ya da albalı nüvəsində olduğu kimi oduna bənzər və sərt bir qabıqla örtülü ola bilər. Suya dayanıqlılığı olan toxumların qabıqları digərlərinə nisbətən daha sərt və qalındır. Toxumlardaki dizayna gündəlik həyatımızda sıx qarşılaşdığımız bir bitkidən, paxla dənəsindən nümunə verək: Paxla dənəsi, növünə görə bir və ya iki örtüklə əhatələnmişdir. Bu örtüklər eynilə bir palto kimi toxumu soyuq hava, quraqlıq, mexaniki təsir kimi xarici mühitin çətin şərtlərindən qoruyur. Bura eyni zamanda xarici mühitlə olan bütün mübadilənin də edildiyi bölgədir. Qısası, toxumun böyüməsi mövzusunda bu örtük əhəmiyyətli bir rol oynayır. Paxla dənəsinin olduğu yerdən qoparıldığı nöqtədə oval bir iz görülür. Bu, dənənin, yəni toxumun ana bitkiyə olan əlaqə nöqtəsidir. Diqqətli bir şəkildə araşdırıldıqda burada “micropyle” deyilən kiçik bir dəlik olduğu görünür. Bu dəliyi funksiyalarına görə körpələrdəki göbək bağına bənzətmək mümkündür.


Bu xüsusi keçiş yerindən yumurtacığın içərisindəki dişi çoxalma hüceyrəsini dölləməyə yarayan balon girir. Bundan başqa su, zamanı gəldiyində bu dəlikdən içəriyə girərək toxumun cücərməsini təmin edir. Toxum qabıqlarının qalınlığı da -daha əvvəl ifadə etdiyimiz kimi- bitkinin növünə görə xüsusi olaraq nizamlanmışdır. Bitkilərin toxum qabığı olduğu mühitdə inkişaf edə biləcək qalınlıqdadır; nə çox qalındır, nə də çox incə. Çünki qabığı çox qalın olan toxum bütün çətin şəraitlərdə yaşaya bilir, ancaq bir qeyri-adilik olaraq həddindən artıq qalın qabıq embrionun çölə çıxmasında bəzi problemlərə səbəb olur. Zəif qabığı olan toxum isə xarici təsirlərin nəticəsində daha tez pozulur. Buna görə də bütün toxumların qabıqları olduqları mühitə ən uyğun qalınlıqdadırlar.

Toxumlardakı embrionun qorunmasında və yayılmasındakı tək amil toxum örtükləri deyil. Bəzi bitki növlərində bu əməliyyatlar meyvə ilə də edilir. Nicandra physaloide çiçəyində yumurtacıq bir müddət sonra içərisi toxumla dolu qabarıq bir meyvə halına gəlir. Bu meyvənin üst qabığının bir hissəsi soyulsa, toxumların ilk ölçülərinin, yəni yumurtacıqdan  500 dəfə artıq oldugu görsənəcək. Toxumlar, ana bitkiyə göbək bağı bənzər bir bağ ilə bağlanırlar. (Grains də Vie, s. 26) Bundan başqa bitki toxumlarının dizaynlarını araşdırdığımızda belə bir detalla da qarşılaşarıq. Toxumların qabıqları, heyvanlarla daşınan toxumlarda paylamanı yerinə yetirən heyvanların maraq duyacağı qədər asan dəlinmə xüsusiyyətinə sahibdirlər. Ancaq eyni zamanda bu qabıqlar, örtdükləri toxumları bütün toxum yeyicilər üçün cazibədar hala gətirməyəcək bir quruluşdadırlar. Albalı toxumu və bu toxumun içindəki məlumatlara uyğun böyümüş, çiçək açmış, zamanı gəldiyində də meyvə verəcək bir Albalı ağacı görülür. Meyvələrinin şəkəri, qüsursuz rəngi və ləzzəti tam olan albalı kimi ağaclar da kiçik toxumlardan çıxır.

Bu ağaclarla əlaqədar bütün məlumatlar əskiksiz bir şəkildə toxumlarında kodlaşdırılmışdır. Üstəlik milyonlarla ildir eyni toxumlara eyni bitkilər kodludur və bu sayədə eyni toxumlardan eyni bitkilər çıxır. Bura qədər izah edilənlərdən də açıq-aşkar göründüyü kimi sadə bir xarici görünüşə sahib olan toxumların əslində detallı bir dizaynı var. İçlərindəki maddələrin nisbətlərindən tərkiblərinə və qoruyucu üst örtüklərinə qədər bütün toxumların xüsusiyyətləri olduqları iqlim şərtlərinə, ətraf şərtlərinə görə dəyişir. Bəs bu müxtəliflik və detallar necə ortaya çıxmışdır? Bu problemin cavabı ilə əlaqədar olaraq təkamül nəzəriyyəsini müdafiə edən kitablara baxdığımız zaman maraqlı bir vəziyyətlə qarşılaşarıq. Təkamülçülər “Niyə?”, “Necə?” kimi suallara cavab verməkdənsə üstü bağlı ifadələr, göz boyama üsullarından istifadə edirlər. Toxumların üst örtükləri haqqında Evolution adlı təkamülə aid  kitabda yazılmışdır.

 

Toxum qabığındakı xüsusi maddələr

Toxumun üst qatı müxtəlif heyvanların iti dişlərinə, bağırsaq turşularına, enzimlərə, oksigensiz atmosferə tab gətirəcək qədər möhkəmdir. Bundan başqa bu toxum qatı lazım gəldikdə müvafiq cücərmə şəraiti yaranana qədər embrionu havadan, yanlış cücərməsinə səbəb ola biləcək şeylərdən və toxum yeyən heyvanlardan qorumaq üçün mükəmməl dizayn olunub.


Gördüyünüz quru toxumlardan şəkillərdə görünən rəngbərəng, xoş ətirli çiçəklər yetişir. Bu, çox əhəmiyyətli bir yaradılış həqiqətidir.

Diqqət edilərsə, yuxarıda toxumların qüsursuz dizaynındakı nəzərə çarpan xüsusiyyətlərdən bəziləri ard-arda düzülməklə, son sətirlərdə isə “mükəmməl dizayn” ifadəsindən istifadə olunaraq, toxumların təkamüllə yarandığı təsəvvürü yaradılmağa çalışılır. Amma təqdir ediləcəyi kimi yuxarıdakı paraqraf toxumların necə meydana gəldiyi sualını aydınlaşdırmaqdan çox uzaqdır. Çünki burada yalnız toxumların quruluşundakı qüsursuzluqdan bəhs edilir. Sona əlavə edilmiş “təkamül yolu ilə dizayn edilmişdir” cümləsi isə həqiqətdə heç bir məna ifadə etmir. Bundan başqa bu ifadə öz-özlüyündə əsassızdır.

Belə ki, “təkamül” və “dizayn” anlayışları bir-birinə tamamilə zid anlayışlardır və təkamülün bir dizayn meydana gətirdiyini, bir şeyi layihələşdirdiyini düşünmək olmaz. Çünki təkamül təsadüflərə söykənən bir prosesi dəstəkləyir; “dizayn”, yəni “layihələşdirmə” anlayışı isə şüurlu bir ağlın varlığını göstərir. Bilavasitə bir yerdə dizayn varsa bu təkamül, təsadüf kimi anlayışların heç bir təsiri ola bilməyəcəyini göstərir. Canlılardakı ve hal-hazırdakı mövzumuz olan toxumlardakı dizayn da onların təkamülün deyil, şüurlu bir ağılın məhsulu olduğunun ən aydın dəlilidir. Bunu belə bir misalla daha aydın izah edək. Bir gün bir rəsm sərgisinə getdiyinizi və burada salon dolu toxum şəkli ilə qarşılaşdığınızı fərz edək. Hər şəkildə fərqli bir bitkinin toxumu ilə bağlı detallar çəkilsin. Sərginin sahibindən bu qədər növbənöv şəkilləri kimin çəkdiyini soruşduğunuzu düşünək. Əgər o insan sizə “bu rəsmlərin bir rəssamı yoxdur, bunlar təsadüflərin köməyi ilə, təkamül yolu ilə dizayn olunub” desə nə düşünərsiniz?

Əlbəttə, belə bir cavabın hədsiz dərəcədə məntiqsiz və ağıldan uzaq olduğunu dərhal başa düşər və rəssamın varlığında israr edərsiniz. Cansız toxum şəkillərinin “təkamül dizaynına” inanmadığınız halda tamamilə canlı, içərisində bir bitkiyə aid bütün məlumatlar olan, müvafiq şərt və mühitdə mayalanaraq nəhəng ağaclar, yüz minlərlə növ meyvə, çiçək meydana gətirən toxumları elimsiz və şüursuz təsadüflərin yaratdığına da inana bilməzsiniz. Göründüyü kimi, burada əslində bu dizaynı kimin yaratdığı, necə yaratdığı, bitkinin bu dizayna uyğun quruluşa necə salındığı və necə yerləşdirildiyi haqda sualların cavabını vermək lazımdır.


1-4) Maqnoliya bitkisi gecələr yarpaqlarını bir az bağlayır. Bunun sayəsində böcəklərin onu daha çox ziyarət etməsini təmin etmiş olur.

5) Çiçək solmağa başlayır. Tac yarpaqlar artıq bir çiçəyin yerə düşəcək çöpləri şəklinə düşür.

6) Tac yarpaqlar solur.

7) Çiçəyin tozlanmış yumurtası meyvəyə çevrilməyə başlayır.

8) Meyvə yetişəndə çox gözəl qırmızı rəng alır.

9) Sonda yetişmiş meyvələr partlayaraq düşməyə hazır toxumlar halına gəlir.


Bu toxumlar daha sonra möhtəşəm maqnoliya ağaclarını meydana gətirəcək. Nəticə etibarilə toxumların quruluşunda təkamülçülərin təsadüf iddiaları ilə qətiyyən izah olunmayacaq çox açıq bir dizayn və plan var. Əlbəttə ki, bu plan şüursuz təsadüflər nəticəsində, ya da başqa hər-hansı bir səbəbdən ortaya çıxmamışdır. Hər rəsmin bir rəssamı olduğu kimi, hər dizaynın da bir dizayneri var. Toxumlardakı qüsursuz quruluş isə sonsuz ağıl və üstün güc sahibi olan Allaha məxsusdur. Bitkilərin həyatının hər pilləsində görünən bu ağıl onların böyük qüdrət sahibi olan Allah tərəfindən yaradılmasının bir dəlilidir.

“Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da içər. (Allah) onunla (o su ilə) sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır!” (Nəhl Surəsi, 10-11)