Toxumdakı sirr

“Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa Biz?! Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz” (Vaqeə surəsi, 63-65)
Yan tərəfdəki şəkillərə baxın. Sizcə, quru taxta parçalarını xatırladan bu cisimlər nədir? Bu cisimlərdən canlı bir varlıq əmələ gələ bilər? Bu cisimlərə baxan bir çox insan, çox güman ki, bunların meyvə çəyirdəyi və ya yonqara bənzər cisimlər, hətta bir növ çör-çöp olduğunu düşünə bilər. O zaman siz bəzilərinin “çöp” kimi səciyyələndirdiyi bu cisimləri bağçanızın və ya evinizdəki bir saxsı qabın içindəki torpağa basdırın və bir müddət gözləyin. Bir müddət sonra nə baş verəcəyi sizi maraqlandırırsa, arxa səhifəni çevirin və nəticəni görün. Yuxarıdakı şəkillərdən görünəcəyi kimi, bu “quru taxta parçalarınin” hər biri toxumdur.
Və bu toxumlar, müvafiq şərtlər təmin edildikdə, heyrətamiz bir şəkildə göyərir və növbənöv bitkilər meydana gətirir. Yaxşı, görəsən kiçik və quru olan bu cisimləri bir taxta parçasından ayıran xüsusiyyət nədir? Toxumların onları digər cisimlərdən ayıran mühüm bir xüsusiyyəti var. Toxumlar aid olduqların bitkinin hər budağına, hər yarpağına, yarpaqlarının sayına, görünüşünün necə olacağına, qabığının nə rəngdə və hansı qalınlıqda olacağına, qida və su daşıyan borularının genişliyinə, sayına, bitkinin uzunluğuna, meyvə verib-verməyəcəyinə, verəcəksə, bu meyvələrin dadlarına, iylərinə, görünüşlərinə, rənglərinə dair, qısası, bir bitkiyə aid ola biləcək bütün məlumatlara malik olan cisimlərdir.
Bəs toxum haqqında heç bir məlumata malik olmasaydıq və bu cismi ilk dəfə görsəydik, nə işə yaradığını heç bilməsəydik, toxumların içindən heç biri digərinə bənzəməyəcək saysız-hesabsız bitkilərin çıxa biləcəyini, bu bitkilərin bir qisminin də metrələrlə yüksəyə uzana biləcəyini təxmin edə bilərdik? Təbii ki, belə bir şeyi təxmin edə bilməzdik. Quru taxta parçası kimi görünən bir cisimdən gözəl ətirli, cəzbedici rənglərə və görünüşlərə malik saysız-hesabsız çiçəklərin – çobanyastığı, lalə, azaliya, ətirşah, nərgiz, qızılgül, bənövşə çıxacağını düşünə bilməzdik. Növbənöv meyvələrin – şaftalının, hind qozunun, armudun, heyvanın, tutun, əriyin də bu toxumlardan əmələ gələn ağaclarda yetişəcəyini, kiçik qara, qəhvəyi, ya da sarı cisimlərin böyürtkən, portağal, naringi, qarpız, ərik, bibər, pomidor əmələ gətirəcəyini ağlımızdan belə keçirə bilməzdik.
Məhz bu səbəbdən toxum haqqında düşünülməsi lazım olan bir varlıqdır. Milyonlarla ildir toxumların içində bitkilərə aid bütün məlumatların gizli olması adi bir mövzu kimi qarşılanmamalıdır. Bu, mövzu haqqında düşünən insanın qarşısında gözləmədiyi üfiqlər açacaq, çox hadisələrə baxışını dəyişəcək bir məlumatdır. Bu məlumatla daha yaxından tanış olmaq üçün insanın ən yaxınından, məsələn, evində olan tərəvəzlərdən, çiçəklərdən, meyvələrdən düşünməyə başlaması kifayətdir.
Məsələn, bir toxumun qarpız ola bilməsi üçün hansı məlumatlara ehtiyac olduğunu düşünək. Qarpız dilimini əlinə alıb tədqiq edən insan açıq-aydın bir nizamla qarşılaşacaq. Bu nizamı təmin edən bütün məlumatlar qarpızın çəyirdəklərində, yəni toxumlarında mövcuddur. Tədqiq etməyə davam edən insan qarpızın çəyirdəklərinin hər birinin incə bir bağ ilə sulu hissəyə birləşdiyini görəcək, çəyirdəklərin üzərindəki zərif pərdəni sezəcək.
Məhz bu pərdənin quruluşu haqqındakı məlumat da qarpızın xoşagələn tamı, lazımi qədər şirnisi, efir yağı və ləzzəti ilə bağlı məlumat da toxumlarda mövcuddur. Bundan başqa, qarpızın qabığındakı naxışlar, qabığın qalınlığı, üzərindəki mumlu təbəqə ilə bağlı bütün məlumatlar da toxumlarda şifrələnmişdir. Qabığı əmələ gətirən özəklərin bir divar ustasının edə bilməyəcəyi qədər nöqsansız bir parça əmələ gətirməsini təmin edən məlumat da toxumlardadır.
Dünyanın hər yerində qarpızların eyni xüsusiyyətlərə malik olmasını təmin edən də toxumlarda gizli olan bu məlumatdır. Bu səbəbdən dünyanın harasına gedirsiniz gedin, qarpız çəyirdəklərindən bir miqdar götürüb torpağa əksəniz, bir müddət sonra torpaqdan bir qarpız bitkisi çıxdığı, sonra da bitki üzərində kiçik qarpızların əmələ gəldiyi, bunların da zamanla böyüdüyü və əsl qarpıza çevrildiyini görəcəksiniz.
Qarpız çəyirdəklərindəki müfəssəl dizaynı tədqiq edən insan çox mühüm bir gerçəyi anlayacaqdır. Bu bapbalaca çəyirdəklərin içində dadıyla, ətriylə, qoruyucu qabığıyla qüsursuz bir meyvənin məlumatlarının yerləşdirilməsi bir yaradılış möcüzəsidir.
Hər bir ağac növü fərqli bir dizayna malikdir. Bu dizaynla bağlı bütün məlumatlar da toxumlarda gizlidir. Başqa bir misal çəkək və iynəyarpaqlı bir ağacın xüsusiyyətləri ilə çöl bitkilərinin bəzi xüsusiyyətlərini qarşılaşdıraq. Qışda torpaq donduğu üçün ağac kökləri bir müddət sonra torpaqdan su ala bilmir. Bundan başqa, qışda çox az yağış yağır, yağıntının əksəriyyəti qar şəklində düşür. Bu səbəbdən ağaclar qış mövsümündə yaranan quraqlığa davamlı olmalıdır.
Ağaclar bu davamlılığı yarpaqları sayəsində qazanırlar. Məsələn, bir çox iynəyarpaqlı ağacların yarpaqları sərt dəri kimidir və tökülmür. Yarpaqların üzərindəki mumlu səth də suyun buxarlanma yolu ilə itirilməsini azaldır və bu davamlılıq yarpaqların tökülməsinin, ya da su təzyiqi səbəbindən bitkinin solmasının qarşısını alır. Bundan başqa, iynəyarpaqlı ağacların yarpaqlarının çoxu iynə şəklindədir və donmaya qarşı davamlıdır. Bununla yanaşı, bu bitkilər hər yay mövsümündə yeni yarpaqlar açanda enerji toplayır. Yarpaqlarının davamlılığı da bu bitkilər üçün mühümdür. Çünki hava şərtlərinin əlverişli olduğu hər fürsətdə bu bitkilər dərhal fotosintez edərək qida ehtiyatı yığırlar.
Yarpaqlarını tökməyən ağacların görünüşü də əsasən konus şəklindədir və bunun sayəsində üzərinə düşən qar asanlıqla tökülür və beləliklə budaqları ağırlıqdan qırılmır. Bundan başqa, üstündə qalan qarlar ağacı soyuqdan qoruyur və yarpaqlardan nəmin çıxmasını azaldaraq, su itkisinin qarşısını alır.
Çöldə yaşayan bir bitki üçün quraqlıq ən böyük təhlükələrdən biridir. Nə vaxt yağacağı bəlli olmayan yağışlar, qum fırtınaları, hədsiz isti kimi mənfi amillər normal şəraitdə bitki növlərinin tükənməsinə səbəb ola bilər. Amma çöl bitkilərinə, ya da quraq iqlimlərdə yetişən digər bitkilərə baxanda bu mühitlərə davamlı olmalarını təmin edəcək özünəməxsus xüsusiyyətləri olduğunu görürük. Toxum quruluşu, çoxalma qaydaları bu şəraitdə nəsillərini davam etdirmələrini təmin edəcək şəkildədir. Çöl bitkilərinin susuzluğa və istiyə davamlı quruluşunun olması da bu bitkilərin toxumlarında kodlaşdırılmış məlumatlarla bağlıdır. Bu növbənöv məlumatları kiçik toxumların içərisinə yerləşdirən, əlbəttə, sonsuz qüdrət sahibi olan Allahdır.

Toxumdakı sirr

Bu mövzu ilə əlaqədar çöl bitkilərinin toxumlarının tərkibində olan bəzi maddələri misal çəkə bilərik. Bu toxumların əksəriyyətinin tərkibində çoxalmaya mane olan müxtəlif maddələr var. Məsələn, Sinapsis alba adlı bitkinin meyvələri toxumun çoxalmasının qarşısını alan “blastokolin” maddəsindən ibarətdir. Arizonadakı bəzi çöl bitkiləri də tərkibindəki bəzi maddələrlə əlaqədar çox uzun yuxu dövründən sonra tumurcuq verir. Məsələn, Lepidium lasiocarpum adlı bitki bir ildən sonra, Streptanthus arizonicus 26 aydan sonra çoxalmağa hazır vəziyyətdə olur. Bu maddələrin mövcud olmasının əhəmiyyəti quraqlıq zamanı xüsusilə əhəmiyyətlidir. Bu iki bitki növünün xüsusiyyətləri toxumun embrionunda mövcuddur. Yarpaqlarını tökməyən bitkilərlə çöl bitkiləri arasındakı bir neçə fərq bitki toxumlarının içində nə qədər çox və müfəssəl məlumatın kodlanmış olduğunu açıq-aşkar göstərir.
Kənarda görünən quru toxumlardan, qüsursuz gözəlliyə malik, rəngarəng gülləri yetişdirən göylərin və yerin Rəbbi olan Allahdır.
Gülün qırmızı rəngi yarpaqlarındakı qıvrımların hər birinin necə olacağı, neçə yarpağının olacağı, yarpaqlarının yumşaqlığı, məxmərəbənzər quruluşu, gülə ətir verən maddələrin nisbəti öz-özlüyündə bir məlumatdır. Badımcana bənövşəyi-qara rəngi verən, üstünə cilalı qabığı yerləşdirən, içərisində çəyirdəkləri düzən, saplağını möhkəm edən, saplağın içindəki daşıyıcı boruların uzunluqlarını müəyyən edən embriona yerləşdirilın əlamətlərdir.
Quru çubuğa bənzər asma budaqlardan dadlı və sulu qabarcıqlar şəklində üzümlərin çıxmasını təmin edən də bu məlumatdır. Üzüm qabıqlarını fındıq qabıqlarından fərqləndirən, bu iki meyvənin rənglərini, dadlarını, iylərini, içindəki vitaminləri, birinin sulu, digərinin quru struktura malik olmasını təmin edən hər toxumun embrionlarındakı məlumatlardır. Bitkilər ilk dəfə meydana gəldikləri dövrdən bəri toxumla çoxalan növlərin hər birində bu məlumatlar mövcud olmuşdur. Buna qədər izah olunanlardan da açıq-aşkar göründüyü kimi, bu məlumat olmasa, bitki mövcud olmazdı. Bu nöqtədə belə bir sual meydana çıxır: Toxuma bu məlumatı kim yerləşdirmişdir? Bütün bu geniş məlumatları toxumun içinə yerləşdirən hər şeyin yaradıcısı olan Allahdır.       
      
İçərisi şirin su ilə dolu, ləzzətli üzümlər yuxarıda görünən quru ağac budaqlarında yetişir. Nazik bir budağın üzərində kilolarla üzümü yaradan, heç şübhəsiz, Allahdır.
Bir toxumun içinə belə geniş məlumatın yerləşdirilməsi və toxumların digər xüsusiyyətləri iman edənlər üçün Allahın bənzərsiz yaratma sənətinə bir misaldır, imanlarını artıran, onları Rəblərinə yaxınlaşdıran bir vəsilədir. Allah minlərcə səhifəlik məlumatları kiçik toxumlara yerləşdirərək və tayı-bərabəri olmayan növ-növ bitkiləri bu kiçik cisimlərdən çıxararaq, hər şeyə güc yetdiyini bizə bir daha göstərir. Toxumlardan bitkilərin böyüməsini təmin edən yalnız Allahdır. Bu həqiqət ayələrdə belə açıqlanır:
Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa Biz?! Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz”. (Vaqeə Surəsi, 63-65)
Digər bir ayədə toxumu yaradanın da, torpağın içinə düşdükdə onu yarıb içindən yeni bir bitki çıxaranın da Allah olduğu belə bildirilir:
Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür döndərilirsiniz? (Ənam Surəsi, 95)
Həqiqətin bu qədər aydın olmasına baxmayaraq, yer üzündə həmişə bunu dərk etməyən insanlar olmuşdur. Allahın varlığını inkar edən insanlar bu yaradılış möcüzəsini görməyərək, toxumların meydana gəlməsini təsadüflərlə izah etməyə çalışmışlar. Amma nə qədər çalışırlar çalışsınlar, nəticə dəyişməyəcək. Ağıl və vicdan sahibi olan hər bir insan toxumdakı qüsursuz quruluşu və onda olan qeyri-adi məlumatı araşdırdıqca, bunun təsadüfən baş verə bilməyəcəyini anlayacaq və yaradılış həqiqətlərinə şahid olacaq. Toxumun quruluşu və onların içindəki məlumatların möhtəşəmliyi barədə saytın digər bölümlərindən də məlumat əldə edə bilərsiz.