YARPAQLAR

            YARPAQLAR

            XVII əsrdə yaşayan Belçikalı fizik Jan Baptisa Van Helmont elmi təcrübələrindən birində söyüd ağacının böyüməsini müşahidə etmiş və müxtəlif hesablamalar aparmışdır. O, əvvəlcə ağacın kütləsini çəkmişdi. 5 ildən sonra yenidən çəkdiyində ağacın 75 kq artdığını gördü. Ağacın böyüdüyü qabdakı torpağın çəkisini çəkdikdə isə onun 5 il ərzində sadəcə bir neçə qram azaldığını gördü. Fizik Van Helmont bu təcrübəsində söyüd ağacının böyümə səbəbinin yalnız saxsıdakı torpaq olmadığını ortaya çıxardı. Ağac böyümək üçün torpağın çox az hissəsindən istifadə etdiyinə görə başqa yerdən qida almalı idi.

Beləliklə, XVII əsrdə Van Helmontun kəşf etməyə çalışdığı bu hadisənin bəzi mərhələləri dövrümüzdə hələ də tam öyrənilməyən fotosintez prosesinin nəticəsidir. Yəni bitkilərin qidalarını özlərinin hazırlamalarıdır. Bitkilər qidalarını hazırlayarkən yalnız torpaqdan faydalanmırlar. Torpaqdakı minerallarla birlikdə sudan və havadakı karbon dioksiddən də istifadə edirlər. Bu xammalları alıb yarpaqlarındakı mikroskopik fabriklərdən keçirərək fotosintez edirlər. Fotosintez prosesinin mərhələlərini tədqiq etmədən əvvəl bu prosesdə son dərəcə əhəmiyyətli rola sahib olan yarpaqların araşdırılmasında fayda var.