Fotosintezin nəticələri

Fotosintezin nəticələri

 Millimetrin mində biri böyüklüyündə, yəni ancaq elektron mikroskopu ilə görünən, kiçik xloroplastlarda reallaşdırılan fotosintez prosesinin nəticələri, yer üzündə yaşayan bütün canlılar üçün çox əhəmiyyətlidir. Canlılar havadakı karbon 4 oksidin və havanın istiliyinin daim artmasına səbəb olurlar. Hər il insanların, heyvanların və torpaqda olan mikroorqanizmlərin tənəffüsü nəticəsində təxminən 92 milyard ton və bitkilərin tənəffüsləri əsnasında da təxminən 37 milyard ton karbon 4 oksid atmosferə qarışır. Həmçinin fabriklərdə və evlərdə qızdırıcılar istifadə edilərək istehlak edilən yanacaqlardan, nəqliyyat vasitəsilərdə istifadə edilən yanacaqlardan atmosferə verilən karbon 4 oksid miqdarı da ən az 18 milyard tondur.

Buna görə qurudakı karbon 4 oksid dövranı əsnasında atmosferə bir ildə  təxminən 147 milyard ton karbon 4 oksid verilir. Bu da bizə təbiətdəki karbon 4 oksidin daim artmaqda olduğunu göstərir. Bu artım tarazlanmadıqda ekoloji tarazlıqlarda pozulma meydana gələ bilər. Məsələn, atmosferdəki oksigen azala bilər, yer üzünün istiliyi arta bilər, bunun nəticəsində də buzlaqlarda ərimə meydana gələ bilər. Buna görə də bəzi bölgələr su altında qalarkən, digər bölgələrdə səhralar meydana gələ bilər. Bütün bunların nəticəsində də yer üzündəki canlıların həyatı təhlükəyə girə bilər. Halbuki vəziyyət belə olmur. Çünki bitkilərin reallaşdırdığı fotosintez prosesində oksigen daim yenidən istehsal olunur və tarazlıq qorunur. Yer üzünün istiliyi də  dəyişmir. Çünki yaşıl bitkilər istilik tarazlığını da təmin edirlər. Bir il içərisində yaşıl bitkilər tərəfindən təmizləmə məqsədi ilə atmosferdən udulan karbon 4 oksidin miqdarı 129 milyard ton olur ki, bu son dərəcə əhəmiyyətli bir rəqəmdir.

Atmosferə buraxılan karbon 4 oksidin miqdarının da təxminən 147 milyard ton olduğunu söyləmişdik. Qurudakı karbon 4 oksid-oksigen dövranında iştirak edən 18 milyard ton qaz, okeanlarda fərqli dəyərlərdəki karbon 4 oksid-oksigen dövranı ilə bir qədər azaldılır.

Yer üzündəki canlı həyatı üçün son dərəcə vacib olan bu tarazlıqları təmin edən bitkilərin fotosintez prosesidir. Bitkilər fotosintez sayəsində atmosferdəki karbon 4 oksidi və istiliyi udaraq üzvi maddələr sintez edirlər, oksigeni xaric edərək və tarazlığı təmin edirlər. Atmosferdəki oksigen miqdarının qorunması üçün də başqa  təbii qaynaq yoxdur. Buna görə bütün canlı sistemlərdəki tarazlıqların qorunması üçün bitkilərin varlığı vacibdir.

 Bitkilərdəki üzvi maddələr fotosintez nəticəsində meydana gəlir

 Bu mükəmməl sintezin həyati əhəmiyyət daşıyan bir başqa məhsulu da canlıların qida qaynaqlarıdır. Fotosintez nəticəsində əmələ gələn qida qaynaqları “karbohidratlar” olaraq adlandırılar. Qlükoza, nişasta, sellüloza və saxaroza kimi bilinən karbohidratlar həyati əhəmiyyətə malikdirlər. Fotosintez nəticəsində əmələ gələn bu maddələr həm bitkilərin özləri, həm də digər canlılar üçün çox əhəmiyyətlidir. İstər heyvanlar, istərsə də insanlar bitkilərin istehsal etdikləri bu qidaları istehlak edərək həyatlarını davam etdirə biləcək enerjini əldə edərlər. Heyvani qidalar da ancaq bitkilərdən əldə edilən məhsullar sayəsində yaranır.