TOXUMLAR

“Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu yox edə də bilərik. Sonra həmin su ilə xurma ağaclarını və üzüm bağlarını sizin üçün yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır. Biz Sina dağında bir ağac bitirdik ki, (barından) yeyənlərə həm yağ və həm şirə verir.” (Muminin surəsi, 18-20)
Bağçanızda olan meyvə ağacları, evinizin pəncərəsindən görünən şam meşəsi, ya da avtomobillə gedərkən yol kənarında gördüyünüz çinarlar haqqında ətraflı olaraq heç düşündünüzmü? Bu bitkilərin necə ortaya çıxdığını, hansı mərhələlərdən keçərək ağac şəklinə gəldiyini bilirsinizmi? Yoxsa bitkilərin varlığı sizin üçün yalnız estetik məna daşıyır? Yaxud “olsalar da olar, olmasalar da” deyə düşünürsünüz? Əgər belə düşünürsünüzsə yanılırsınız. Çünki estetik zövqünüzə xitab etmələri ilə yanaşı, nəfəs almanızı təmin edən atmosferdəki tarazlıqları, oksigen miqdarını,  karbondioksidlə zəhərlənməmə, atmosferdəki nəmin narahatlığa səbəb ola biləcək ölçülərdə olmamasını, yaşadığınız yerdəki havanın soyuq, ya da çox isti olmamasını, yəni bu anda bir çox cəhətdən rahat həyat yaşamağınızı, əsasən, bitkilərin varlığına borclusunuz. Üstəlik bitkilərin sizə olan faydası yalnız bunlarla da məhdud deyil. Bütün canlılar kimi siz də yaşamaq üçün ehtiyacınız olan vitaminlərin və mineralların çox böyük bir hissəsini bitkilər vasitəsilə təmin edirsiniz.
Hər insan toxumu tanıyır, nəyə bənzədiyini bilir, bitkilərin toxumlardan əmələ gəldiyindən xəbərdardır. Ancaq çox insan taxta parçasını xatırladan bu cisimdən bir-birinə bənzəyən, ya da bənzəməyən növ-növ bitkilərin yetişdiyini, bütün bu bitkilərə aid məlumatların toxumlara necə yerləşdirildiyini, bu məlumatların necə ayrı-ayrı şifrələndirildiyini bəlkə də heç düşünmür. Necə olur ki, taxtaya bənzər bir cisimdən lazimi qədər şəkər, xüsusi qoxu, ləzzətli meyvələr yetişir? Ağacı böyüdən, meyvələri ağaca yerləşdirən toxumun özüdürmü? Meyvələrin və ya çiçəklərin şəklini, rəngini təyin edən toxumdurmu? Bəs ağacla əlaqədar məlumatları qüsursuz olaraq içindəki embriona yerləşdirən toxumun özüdürmü? Bu cür suallar insanın ağlına gəlməyə bilər. Ancaq insan bu suallar üzərində bir az düşündükdə “Toxum ağac yetişdirməyi necə bacarır?” sualının cavabı ilə də maraqlanmağa başlayacaq.
Taxta parçasına bənzəyən bir cisim, əmələ gətiridiyi ağacın hansı şəklə və quruluşa sahib olacağını necə təyin edə bilir? Xüsusilə bu son sual olduqca əhəmiyyətlidir. Çünki toxumdan hər hansı bir odun kütləsi çıxmır. Məsələn, minlərlə fərqli bitki növü içindən hər hansı bir alma ağacını düşünək. Bildiyimiz kimi alma ağacı torpağa atılan toxumdan əmələ gəlir. Toxum kiçik cisimdir, amma necə olur ki, o toxumun içindən müəyyən zaman keçdikdən sonra 4-5 metr uzunluğunda və yüzlərlə kilo ağırlığında nəhəng ağac meydana gəlir? Ağacdakı almaların cilalanılmış hamar qabıqları, özünə xas aroması, içərisindəki şəkərli suyu sayəsində qüsursuz görünürlər. Toxumun özünə nisbətdə bu nəhəng ölçüdəki ağacı hazırlayarkən istifadə edə biləcəyi tək vəsait isə daxilindəki ehtiyat qida maddələri, torpaq və günəş işığıdır. Alma nümunəsindən də göründüyü kimi toxumlar içərisində daşıma sisteminə malik, torpaqdakı maddələri qəbul etmək üçün lazım olan köklərə və son dərəcə mükəmməl yaradılmış canlı varlıq əmələ gətirirlər.
Hətta insan belə ağıl sahibi varlıq olaraq, qəşəng ağac şəkli çəkdiyi zaman çətinlik çəkir. Ağacın köklərindəki və budaqlarındakı incəlikləri çəkmək isə daha çətin işdir. Amma toxum bu son dərəcə kompleks canlını bütün sistemləri ilə birlikdə canlı olaraq əmələ gətirir. Mövzunu izah edə bilmək üçün toxum “əmələ gətirir” deyirik. Ancaq bunuda xatırladaq ki, toxum müstəqil ağıla, şüura və iradəyə sahib olan varlıq deyil. Bu vəziyyətdə ağacları və bitkiləri bütün təəccüblü sistemləri ilə birlikdə meydana gətirənin, yəni yaradanın toxumun özü olduğunu iddia etmək mümkün deyil. Əgər belə bir iddia olsa, bu vəziyyətdə toxumun insandan belə ağıllı və bilikli varlıq olduğu nəticəsinə gəlmək lazımdır.
Bənzəri olmayan bu gücün sahibi Allahdır. Toxumlar Allah tərəfindən ağac əmələ gətirəcək məlumat və sistemə sahib olaraq yaradılmışdır. Torpağa atılan hər toxum, Allahın elmi ilə əhatə edilmişdir. Onun elmi ilə böyüyüb inkişaf edir və bitki halına gəlir:
“Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (Ənam surəsi, 59)